Arxiv
Müsavatçılara təzyiqlər artır (yenilənib)
Bakı/11.11.19/Turan: Son iki-üç gündə Müsavat Partiyasının yüzdən çox üzvü polisə çağırılıb və orada onlara təzyiq göstərilib. Onlardan noyabrın 12-də Bakı meriyasının qarşısında keçiriləcək aksiyada iştirakdan imtina etmək tələb olunub.
Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli Turan-a bildirib ki, noyabrın 11-də ölkənin bütün şəhərlərində onlarla partiya fəalı polisə çağırılıb.
O qeyd edib ki, icazəsiz aksiyanın keçirilməsi barədə qərar qüvvədədir.
12 noyabr saat 15:00-a təyin edilmiş aksiyanın səbəbi meriyanın Müsavat Partiyasının şəhər içində aksiya keçirməsinə icazə verməməsidir. Meriya mitinqin paytaxtdan 20 km. aralıda Lökbatan qəsəbəsində keçirilməsini təklif edib.
* * *
2019 Noyabr 11 (Bazar ertəsi) 12:01:04
Müsavatçılar onlara xəbərdarlıq olunduğunu deyirlər
Bakı/09.11.19/Turan: “Noyabrın 12-nə nəzərdə tutduğumuz piket ilə bağlı bu gün, noyabrın 9-da Bakı Şəhər Baş Polis İdarəsində olduq”
Bunu Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.
G.Aslanlı deyir ki, idarədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Müsavat Partiyasına cavab məktubu oxunub. Onun vurğulamasına görə, ardınca da Bakı Şəhər Prokurorluğunun nümayəndəsi onların xəbərdarlıq məktubunu diqqətə çatdırıb .
G.Aslanlı vurğulayır ki, onlar da öz növbələrində "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna uygun dinc aksiyanın keçirilməsində israrlı olduqlarını bildiriblər:
“Qarşı tərəfə də bizə dedi ki, BŞİH sizinlə razılşamayıb, siz də razlaşdırılmamış askiyaya çıxmayın, əgər çıxacaqsınızsa, qanunun həbsə qədər bütün variantlarından istifadə olunacaq...”.
G.Asalnlının deməsinə görə, sonda xəbərdarlıqla bağlı məktubu imzalamaları istənsə də, bundan imtina ediblər.
Bu deyilənlərə, hələlik, Bakı Şəhər Baş Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.-0-
-
- Cəmiyyət
- 11 Noyabr 2019 11:31
Siyasət
-
Yanvarın 28-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.
-
İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın irəli sürdüyü nəqliyyat layihəsi - Zəngəzur dəhlizi beynəlxalq gündəliyə salınıb. Bu barədə prezident İlham əliyev çərşənbə axşamı nəqliyyat üzrə müşavirədə bildirib.
-
Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Möhyəddin Orucovun işi üzrə növbəti iclas keçirilib. Fəalın saxlanılmasında iştirak etmiş polis şahid qismində çıxış edib.
-
Yanvarın 27-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında 2024-cü ildə üzv dövlətlərin vəziyyətilə bağlı müzakirələr aparılıb. Yekunlara əsasən, 2580 saylı qətnamə qəbul edilib. Qətmanədə deyilir ki, Avropa Şurası Parlament Assambleyası 14 ölkədə vəziyyəti izləyən Monitorinq Komitəsinin işini yüksək qiymətləndirir.
Rəy yaz