Jurnalistlər müxalifətin mitinqini işıqlandırdıqlarına görə təzyiqlərə məruz qalır
Bakı/11.11.19/Turan: Müxalifətin 19 oktyabr mitinqindən sonra bu aksiyanı işıqlandıran onlarla jurnalist polisin təzyiqlərinə məruz qalıb. Bu, jurnalistlərin mobil telefonlarına gələn zənglərdə özünü göstərib. Onlardan polisə gəlmək və Demokratik Qüvvələrin Milli Şurasının aksiyasında iştirakın səbəblərini açıqlamaq tələb olunub.
“Ötən şənbə mənə Qaradağ rayon 10-cu polis bölməsindən telefon edərək 19 oktyabr mitinqində iştirakmın səbəblərini açıqlamaq üçün bölməyə gəlməyimi tələb etdilər”, - jurnalist İslam Şıxəli Facebook səhifəsində yazıb.
“Mən telefon edən şəxsə dedim ki, harada və niyə olduğumun heç kimə aidiyyatı yoxdur, açıqlama verməyəcəm, xahiş edirəm məni narahat etməyin”, - o bildirib.
Lakin noyabrın 10-da Nəsimi Rayon Polis İdarəsinin cinayə-axtarış şöbəsinin əməkdaşı jurnalistə telefon edərək polisə gəlməsini tələb edib. Çağırılmasının səbəbləri barədə cavab almayan jurnalist ona rəsmi sənədin göndərilməsini tələb edib.
19 oktyabr mitinqini işıqlandıran fotojurnalist Fərqanə Novruzova da eyni vəziyyəti təsvir edib.
Ondan çox jurnalist polis tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Onların bəzisi polisə gedib. Onlardan mitinqdə iştirakın səbəbləri barədə açıqlama tələb ediblər və müxalifətin aksiyasını işıqlandırmamağı tövsiyə ediblər.
Jurnalistlər polisin hərəkətini KİV və polis haqqında qanunların kobud pozulması kimi qiymətləndirirlər.
Hüquq-mühafizə orqanlarının jurnalistlərin peşə vəzifəsini yerinə yetirməsinə mane olmaq, məhdudlaşdırmaq, tənzimləmək və ya qadağan etmək cəhdləri yerli qanunvericiliyin, həmçinin Azərbaycanın beynəlxalq öhdəliklərinin kobud şəkildə pozulmasıdır. Bu barədə hüquqşünaslar və media-ekspertlər dəfələrlə bildiriblər.
Lakin ən narahatlıq doğuran amil odur ki, polis jurnalistlərin telefon nömrələrini izləyir, mitinq ərazisində bütün mobil zəngləri qeydə alır. Bununla da vətəndaşların qanunsuz izlənməsi baş verir. Təsadüfü deyil ki, bütün jurnalistləri məhz mobil telefonlarla izləyiblər və zəng ediblər. Bu azmış kimi, polis mitinq zamanı jurnalistlərin telefonla danışdıqları şəxslərə də zəng edib.16B--
Cəmiyyət
-
Cinayət tərkibinin əlamətləri olmayan məişət zorakılığı barədə şikayətə baxılması qaydası müəyyənləşdirilib. Prezident İlham Əliyev bununla bağlı "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
-
Bu gün, yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qız sessiyası başlayır. Ötən həftə (yanvarın 21-də) bir qrup beynəlxalq insan haqları qurumları AŞPA-nı Azərbaycan nümayəndə heyətinin mandatını bərpa etməməyə, yaxud bunu "aydın" şərtlərlə etməyə çağırıb. "Azərbaycanın vətəndaş cəmiyyəti, müstəqil media və siyasi narazıların artan repressiyası Avropa Şurasının dəyərlərini pozmaqdadır. Azərbaycan beynəlxalq mexanizmlərlə israrla əməkdaşlıq etmir, sistematik insan haqları pozuntularını aradan qaldırmır", - AŞPA-ya məktubda deyilir.
-
Yanvarın 31-dək sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməyən plastik cərrahların şəhadətnamələri ləğv ediləcək. Bu barədə yanvarın 27-də Səhiyyə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq.
Rusiyaya qarşı dönən çarxlar, Milli Şuranın bu məsələdə adının hallandırılması... – Cəmil Həsənli Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:46
- 257
-
- Cəmiyyət,
- 14:38
- 316
-
- Söz istəyirəm,
- 12:21
- 344
Rəy yaz