Mustafa Hacıbəyli: "Müsavat Partiyası aksiyanı keçirmək niyyətindədir, icazə verilməsə belə"
Bakı/07.11.19/Turan: Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının toplaşma azadlığının məhdudlaşdırılmasına etiraz olaraq noyabrın 12-də şəhər administrasiyasının qarşısında piket keçirməsinə icazə verməyib. Bu barədə Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib.
İcra Hakimiyyəti imtinanı şəhər administrasiyasının yerləşdiyi yerdə nəqliyyatın və piyadaların hərəkətinin sıxlığı ilə əlaqələndirib.
“Cavab məktubunda qeyd olunur ki, orada ali təhsil müəssisəsi yerləşir. İmtina tamamilə qanunsuzdur. Biz növbəti addımlarımızı müzakirə edəcəyik, razılaşdırılmamış olsa da aksiyanı keçirmək məsələsinə baxacağıq”, - M.Hacıbəyli bildirib.
*Müsavat Partiyası noyabrın 10-da mitinq keçirməyi planlaşdırmışdı. Lakin Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini təklif edib.
Partiya bu təklifi məqbul saymayıb və toplaşma azadlığının pozulmasına etiraz olaraq noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçiriləcəyini bəyan edib.—06D--
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz