"Qarabağ" azarkeşlərini məyus edib
Bakı/07.11.19/Turan: Azərbaycanın çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsində ikinci yerdə bərqərar olmaq şansını əldən qaçırıb.
Dördüncü mərhələdə Kiprdə yerli APOEL-ə qarşı Azərbaycan çempionu udduğu halda sonda oyunu uduzub. Matçın başlanğıcı Azərbaycanlı azarkeşləri ruhlandırıb, belə ki, hələ 10-cu dəqiqədə Maksim Medvedev baş zərbəsi ilə küncdən Dani Kintananın ötürməsini qola çevirib.
Kipr komandası 59-cu dəqiqəyə qədər heç nə edə bilməyib. Bu müddət ərzində "Qarabağ" futbolçularının hesabdakı fərqi artırmaq üçün bir neçə gözəl şansı olub. Yerli komandanın qapıçısı ən az 3 yüzfaizlik məqamda APOEL-i xilas edib.
Azərbaycan komandasının bəlaları 59-cu dəqiqədə, APOEL-in künc zərbəsindən istifadə etdikdə başlayıb. Souza baş zərbəsi ilə hesabı bərabərləşdirib. Heç-heçə ümidini 88-ci dəqiqədə effektli zərbə ilə Kipr komandasına qələbə gətirən Efrem pozub.
Qrupun paralel oyununda İspaniyanın "Sevilya" komandası Lüksemburqun "Dyudelanja" komandasına 5:2 hesabı ilə qalib gəlib.
Bu mərhələdən sonra qrupun lideri əvvəlki kimi 12 bal yığan "Sevilya"dır. "Qarabağ" və "APOEL"in hər birinin 4 xalı var. Amma əyani görüşlərin yekunlarına görə (Bakıda 2:2 və Nikosiyada 2:1) APOEL ikinci, "Qarabağ" isə üçüncü yerdədir. "Dyudelanj" üç balla dördüncü yerdədir.
Son iki mərhələdə "Qarabağ" "Dyudelanj" və "Sevilya" ilə oynayacaq.
Qrupda ilk iki yeri tutan klublar "pley-off" mərhələsinə çıxacaq. –71D-
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz