Paşinyan məhkəmələrə gedən yolları açmağa çağırıb
Bakı/20.05.19/Turan: Bazar ertəsi günün ikinci yarısında Ermənistanın baş naziri Nikol Paşinyan öz tərəfdarlarını bütün məhkəmələrin qarşısından dağılışmağa çağırıb. Onlar demək olar ki, səhərdən fəaliyyət göstərmirlər. Bu barədə o, özünün Facebook səhifəsində bildirib.
Baş nazirin çağırışı ilə vətəndaşlar səhərdən respublikanın bütün məhkəmələrinin girişini tutmuşdular. Paşinyan qeyd edib ki, aksiya öz məqsədinə çatıb. Məqsəd xalqın həqiqi müstəqil məhkəmə sistemini tələb etdiyini göstərmək idi. Belə müstəqilliyin əldə olunması üçün hökumət və parlament gələcək fəaliyyətin layihəsini müzakirə edirlər.
"Müzakirələr oldu, biz hökumət, parlament və digər orqanlar arasında əmək bölgüsü apardıq. Bu iş mütləq görüləcək", - Paşinyan əlavə edib. O, aksiya səbəbindən məhkəmə işləri bir neçə saat ləngiyən vətəndaşlardan üzrxahlıq edib.
Xatırladaq ki, Yerevan məhkəməsi konstitusiya quruluşunun devrilməsində ittiham olunan eks-prezident Robert Köçəryanı həbsdən azad etdikdən sonra Paşinyan belə çağırış edib. -02D-
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz