Фуад Гахраманлы
Polis AXCP-nin zona müşavirəsinin keçirilməsinə imkan verməyib
Bakı/20.05.19/Turan: Mayın 20-də polis əməkdaşları Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) cənub zonası üzrə təşkilat rəhbərlərinin zona müşavirəsinin keçirilməsinə imkan verməyib. Müşavirə Masallı rayonunda keçirilməli idi. Bu barədə Turan-a AXCP sədrinin müşaviri Məmməd İbrahim bildirib.
Müşavirədə AXCP Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Astara, Lerik və Yardımlı rayon şöbələrinin rəhbərlərinin iştirakı nəzərdə tutulmuşdu.
Onun sözlərinə görə, AXCP əvvəlcədən zona müşavirəsinin keçirilməsi üçün yer ayrılması ilə bağlı Masallı Rayon İcra Hakimiyyətinə müraciət etmişdi.
"İcra Hakimiyyəti müşavirənin keçirilməsi üçün yer ayırmaqdan imtina etdi. Amma zona müşavirəsinin keçirilməsinə mane olunmayacağı bildirildi. Bu səbəbdən müşavirəni rayondakı çayxanaların birində keçirmək qərarına gəldik. Lakin bu gün polis əməkdaşları adları sadalanan rayon təşkilatlarının rəhbərlərinin əksəriyyətinin müşavirəyə gəlməsinə imkan verməyib. Partiya fəalları müxtəlif rayonların polis şöbələrində saxlanılıb. Mən və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Masallı rayonuna daxil olan kimi polis nəzarətinə götürüldük. Çayxanaya daxil olan fəallara ilk öncə bir şəxs hücum çəkdi. Çayxananın sahibi oranı bağladı. Fuad Qəhrəmanlını Cəlilabad rayon polis şöbəsinə apardılar və sonra bizi polis avtomobilinin müşayiətilə Cəlilabad rayonuna gətirib digər polis əməkdaşlarının nəzarətinə verdilər. Cəlilabad rayonunda isə polis avtomobili bizi Salyan rayonunadək müşayiət etdi. Hazırda Salyan rayonundayıq. Bundan sonra nə olacağını bilmirik",- Məmməd İbrahim deyib.
Öz növbəsində rəsmi qurumlar AXCP-nin zona müşavirəsinin keçirilməsinə imkan verilməməsinin səbəbləri ilə bağlı məlumat yaymayıblar. Bununla yanaşı Masallı rayon polis şöbəsinin növbətçi hissəsindən məlumat almaq mümkün olmayıb.-03B-
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz