
İsgəndər Həmidov
Bakı/20.05.19/Turan: Mayın 20-si sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) həmtəsisçisi İsgəndər Həmidov əməliyyat üçün xarici ölkələrdən birinə aparılıb.
Bu barədə AXH məlumat yayıb.
Məlumatda deyilir ki, mayın 19-da gecə saatlarında Həmidov ürək tutma diaqnozu ilə Bakıda yerləşən özəl klinikaların birinə yerləşdirilib və ona təcili əməliyyat olunmasının lazımlığı bildirilib. Bu səbədən eks-nazir əməliyyat olunması üçün xaricə aparılıb.
AXH bildirir ki, hazırda Həmidovun səhhətri stabildir.
İsgəndər Həmidov 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycanın daxili işlər naziri vəzifəsində çalışıb. O sonradan 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.-0-
Rəy yaz