
Bakı/21.05.19/Turan: Ötən gecə ölkə ərazisinin böyük hissəsində güclü külək və dolu ilə müşaiyət olunan leysan yağışı davam edib. Dağlıq Kişçay çayında (ölkənin şimal-qərbi) leysan yağışları daşqına səbəb olub.
Ən çox yağıntı Oğuza (44 mm - aylıq normanın 41%-i), Şəkiyə (40 mm - 39%), Zaqatalaya (33 mm - 26%) və İsmayıllıya (22 mm - 34%) düşüb.
Gəncədə cənub-qərb küləyinin gücü 34 metr/saniyə, İsmayıllıda 32 m/s, Daşkəsəndə 30 m/s, Ağsuda 27 m/s təşkil edib.
Şəki rayonuna diametri 34 mm olan dolu düşüb. Tərtər və Zaqatala rayonlarına da böyük dolular düşüb.
İntensiv yağıntılı qeyri-sabit hava şəraiti yaxın bir gün ərzində davam edəcək, xəbəri Ekologiya Nazirliyinin sinoptikləri yayıb. -02D-
Rəy yaz