![Prezident İlham Əliyev NATO və RF Baş Qərargahının yüksək vəzifəli nümayəndə heyətlərini qəbul edib](https://turan.az/resized/media/2019/main/112600023290-750-500-resize.webp)
Prezident İlham Əliyev NATO və RF Baş Qərargahının yüksək vəzifəli nümayəndə heyətlərini qəbul edib
Bakı/26.11.19/Turan: Noyabrın 26-da prezident İlham Əliyev NATO-nun Hərbi Komitəsinin sədri ser Stüart Piçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Həmin gün dövlət başçısı RF Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.
Azərbaycan prezidentinin saytında həmin görüşlərin təfərrüatı, həmçinin xarici hərbi nümayəndə heyətlərinin Bakıya səfərinin məqsədi açıqlanmır.
Əvvəlki praktikaya görə, bu cür səfərlərdə məqsəd Bakıda NATO və Rusiya hərbi nümayəndələri arasında müzakirələrin keçirilməsidir. Görünür, yaxın günlərdə növbəti belə görüş baş tutacaq.-02D-
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz