Qətlə yetirilmiş jurnalistin ailəsi Malta və Azərbaycan arasında pulların yuyulmasının araşdırılmasını tələb edir
Bakı/26.11.19/Turan: İki il öncə qətlə yetirilmiş maltal jurnalist Dafna Caruana Qalisiyanın ailəsi Avropa polisinə müraciət BƏƏ vasitəsilə Malta və Azərbaycan arasında pulların yuyulmasının araşdırılmasında müstəntiqlərə, prokurorlara və hakimlərə lazımi dəstək verməyə çağırıb. Bu barədə ailənin press-relizində deyilir.
“Anamız Keyt Şembrinin maliyyə cinayətlərinin üstünü açdıqdan üç il və öldürülməsindən iki il sonra Şembri Maltanın baş naziri Cozef Muskatın administrasiya rəhbəri vəzifəsindən istefa verdi.
İndi biz Malta hakimiyyətini Şembrini onun genişmiqyaslı və çoxdan davam edən cinayət əməlinə görə dərhal mühakimə olunmasına çağırırıq”, - məlumatda qeyd olunur.
Mərhum jurnalistin ailəsi həmçinin baş nazir Cozef Muskatın Şembri və Conrad Missini (hökumət naziri) üç il ərzində niyə müdafiə etdiyini araşdırmağa çağırır.
“Şembri, Missi və onların müdafiəçilərini təqib etməkdən imtina anamız üçün ölümlə nəticələndi. Əgər bu, davam edərsə, Maltada demokratiya üçün fəlakətli nəticələrə səbəb olacaq”, - müraciətdə bildirilib.
Xatırladaq ki, Dafna Qalisiyanın korrupsiya araşdırmalarında müxtəlif banklar və maliyyə qurumları vasitəsilə külli miqdarda pulların yuyulması və üçüncü ölkəyə göndərilməsi faktları üzə çıxıb. Çirkli pulların mənbələri arasında Azərbaycan, Moldova və Rusiya da göstərilib. —16D—
-
- İqtisadiyyat
- 26 Noyabr 2019 16:21
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz