Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin rəhbərini qəbul edib
Bakı/12.11.18/Turan: Noyabrın 12-dı prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridinın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Rəsmi məlumatda deyilir ki, nümayəndə heyəti Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsinin iclasında iştirak etmək üçün Bakıya gəlib.
İ.Əliyevin sözlərinə görə, nümayəndə heyətinin gəlişi uğurlu əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradır.
Öz növbəsində K.Ridi iclasın keçirilməsində dəstəyə görə təşəkkürünü bildirib. O, azərbaycanlı həmkarları ilə dopinq əleyhinə mübarizə sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardığını bildirib.-02D-
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
Rəy yaz