Prezident İlham Əliyevin Belarusa qarşıdakı səfəri barədə
Bakı/12.11.18/Turan: Noyabrın 12-də Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovu qəbul edib. Görüş zamanı Azərbaycan prezidenti İlham Əliyevin gələn həftə Belarusa gözlənilən səfəri müzakirə olunub. Bu barədə Belarus dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
A.Lukaşenko diqqəti ona yönəldib ki, ilin əvvəlindən Belarus və Azərbaycan arasında əmtəə dövriyyəsi ötən ilin analoji dövründə olduğundan üç dəfədən çox artıb.
"Siz bilməlisiniz ki, biz sizə dostuq. Bizim İlham Əliyevlə razılaşmamız müqəddəsdir, razılığa gəldik ki, onları icra edəcəyik. Azərbaycanla Belarus arasında qapalı mövzular yoxdur", - o bildirib.
Mənbənin məlumatına görə, qarşıdakı səfər zamanı 10-dək hökumətlərarası sazişin imzalanması gözlənilir.-02D-
-
- Siyasət
- 12 Noyabr 2018 17:45
-
- Sual-cavab
- 12 Noyabr 2018 18:03
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
Rəy yaz