Açiq mənbələrdən foto.
Bakı/27.04.21/Turan: Milli Məclisin bugünkü plenar iclasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda prokurorluq əməkdaşlarının aylıq maaşlarının artırılması barədə dəyişiklik qəbul edilib.
Dəyişikliyə əsasən hər ay prokurorluq işçiləri vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.
Bundan öncə rayon prokurorları və əməkdaşlarının aylıq əməkhaqqı rayonların əhalisinin sayından asılı olaraq 700-800 manat arasında olub. Milli Məclisin bu gün qanuna etdiyi dəyişiklikdən sonra prokurorların və prokurorluq əməkdaşlarının orta əməkhaqqı 1400-1600 manat arasında olacaq.-03-
Siyasət
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2005-ci ildə təsdiq edilmiş məxfi məlumatların siyahısına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 dekabr 2023-cü ildə qəbul edilmiş “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlara edilən düzəlişlərə uyğundur.
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
Rəy yaz