
Bakı/24.07.19/Turan: ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır, xəbəri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru keçirəcəklər.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi 1996-cı ildən münaqişə tərəflərinin atəşkəs rejiminin şərtlərinə riayət etməsi haqqında məlumat almaq məqsədilə müntəzəm olaraq təmas xəttində monitorinqlər təşkil edir. -06D-
Rəy yaz