Rusiya Ermənistana 12 Su-30 SM qırıcı təyyarəsi göndərəcək
Bakı/18.02.19/Turan: Ermənistan 2019-cu ilin sonu - 2020-ci ilin əvvəllərində Rusiyadan dörd Su-30 SM qırıcı təyyarəsi almağı planlaşdırır, ümumilikdə isə Yerevan bu maşından 12 ədəd almaq istərdi, deyə bazar ertəsi Əbu Dabidə silah sərgisində Ermənistanın müdafiə naziri David Tonoyan RİA Novosti-yə bildirib.
"Biz Su-30 SM-in növbəti partiyasının göndərilməsi haqqında danışıqları davam etdiririk. Hər şey bu məhsulun nə qədər tez hazır ola biləcəyinən asılı olacaq.
Biz ilk partiyanı bu il, ən gec gələn ilin əvvəllərində almağı planlaşdırırıq", deyə o bildirib.
Ermənistanın ümumilikdə neçə ədəd bu təyyarədən almaq istədiyi barədə suala cavabda Tonoyan qeyd edib ki, söhbət bir eskadrilyadan (12 təyyarə) gedir.
Tonoyan bu təyyarələrin qiymətini, eləcə də Ermənistanın bazar dəyəri 300-400 milyon dollar arasında dəyişən bu tip 12 döyüş maşınının dəyərini necə ödəmək niyyətində olduğunu açıqlamayıb. -02D-
-
- İqtisadiyyat
- 18 Fevral 2019 15:09
-
- Sual-cavab
- 18 Fevral 2019 15:27
Siyasət
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2005-ci ildə təsdiq edilmiş məxfi məlumatların siyahısına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 dekabr 2023-cü ildə qəbul edilmiş “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlara edilən düzəlişlərə uyğundur.
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
Rəy yaz