Rusiyanın Azərbaycandakı səfiri 1941-1945 Böyük Vətən Müharibəsi illərində həlak olanların xatirəsini yad edib
Bakı/09.05.20/Turan: Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri M.N.Boçarnikov və Səfirliyin hərbi-hava və hərbi-dəniz attaşesi polkovnik A.A.Aleksentsev mayın 9-da Bakının Nərimanov rayonunda Hərbi Şöhrət Abidəsi ərazisində Böyük Vətən Müharibəsi zamanı aldıqları yaralardan Bakı hospitallarında dünyasını dəyişmiş Qırmızı Ordu əsgərlərinin və zabitlərinin abidəsi önünə gül çələngi qoyub.
Eyni zamanda, dahi sovet kəşfiyyatçısı R.Zorgenin abidəsi önünə çiçək qoyulub, bu barədə RF-nin Azərbaycandakı səfirliyinin məlumatında deyilir. –06D-
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Cənubi Qafqazda Fransanın diplomatik mirasına dair kəskin müzakirə fonunda, cümə günü Bakıda beynəlxalq konfrans keçirildi və bu tədbirdə Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki rolu qiymətləndirildi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilən tədbir, Azərbaycanın uzun müddətdir Fransanın Ermənistana qarşı tarixi tərəfkeşliyindən narahatlığını vurğuladı.
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Human Rights Watch (HRW) təşkilatının icraçı direktoru Tirana Həsənə açıq məktub göndərərək, bu qurumun ölkədə insan hüquqları vəziyyəti ilə bağlı son hesabatına dair narazılığını ifadə edib.
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
Rəy yaz