председатель Исполкома СНГ Сергей Лебедев
Sergey Lebedev: �İlham Əliyevlə Nikol Paşinyanın görüşü müsbət nəticə verir�
Minsk/10.10.18/Turan: Azərbaycan və Ermənistan liderlərinin Düşənbədə MDB sammitində görüşü müsbət nəticə verib. Bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedov çərşənbə günü jurnalistlərlə söhbətində bildirib.
"Mən özüm şahidi oldum ki, prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bir-birinə yaxınlaşaraq Dağlıq Qarabağ müanqişəsinin nizamlanmasını müzakirə edirdilər",- o deyib.
"Hər iki dövlətdə səlahiyyətli strukturlara gərginliyin azaldılması ilə bağlı göstərişlər verilib. Ümid edirik ki, iki ölkə liderinin ilk məzmunlu görüşü davam etdiriləcək və münaqişənin nizamlanmasına müsbət təsir göstərəcək", - Lebedev qeyd edib. O əlavə edib ki, bütün liderlər Nikol Paşinyanla İlham Əliyevin arasındası ünsiyyəti təqdir ediblər.
"Bu, Ermənistan və Azərbaycan arasında münaqişənin həllində müsbət addımdır", - o vurğulayıb.-02D-
-
- Siyasət
- 10 Oktyabr 2018 17:14
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz