Si Cinpin: �Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir�
Bakı/24.04.19/Turan: Çin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir. Bunu ÇXR sədri Si Cinpin Pekində Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə bildirib.
Çin lideri "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Transxəzər nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayıb.
Öz növbəsində İ.Əliyev qeyd edib ki, Azərbaycan "Vahid Çin" siyasətini ardıcıl surətdə dəstəkləyir.
Söhbət zamanı infrastruktur, logistika, energetika, turizm, kənd təsərrüfatı, investisiya, informasiya-kommunikasiya texnologiyaları, təhsil və humanitar sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpini Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul edilib, AzərTAC bildirib..-0-
-
- Siyasət
- 24 Aprel 2019 20:46
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz