
Şuşada ənənəvi "Xarı bülbül" Musiqi Festivalı açılıb
Mayın 11-də Şuşada VII "Xarı bülbül" Beynəlxalq Musiqi Festivalı açılıb.
Festivalın açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.
Bu il ilk dəfə Laçında da festival tədbirləri keçiriləcək, ifaçıların çıxışları mayın 13-də olacaq.
İndiki "Xarı bülbül" festivalı "Şuşa- islam dünyasının mədəniyyət paytaxtı 2024" ili çərçivəsində keçirilən tədbirlərlə üst-üstə düşüb.
"Xarı bülbül" Beynəlxalq Musiqi Festivalı ilk dəfə Şuşada 1989-cu ildə keçirilib.
Lakin erməni təcavüzü səbəbindən Qarabağın işğalı illərində festival keçirilməyib.
2020-ci ildə 44 günlük müharibə zamanı Şuşa və Qarabağın digər əraziləri azad edildikdən sonra 2021-ci ildə "Xarı bülbül"ün Şuşada keçirilməsinə yenidən başlanılıb.
Rəy yaz