
Xankəndi və Ağdərədə silah-sursat aşkarlanıb
Son bir həftə ərzində polis əməkdaşları Qarabağda yeni silah-sursat aşkar ediblər.
Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, mayın 4-dən 10-dək polis Xankəndi şəhərində 38 avtomat, 8 tapança, 14 tüfəng, 1 qumbaraatan, 23 qumbara, 23 alışdırıcı, 136 patron gilizi, 21 040 müxtəlif çaplı patron, 5 trotilli partlayıcı, 27 süngü bıçaq və digər hərbu sursat aşkar edərək götürüb.
Həmin müddətdə Ağdərə rayonunda 5 avtomat, 18 patron gilizi və 290 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Azad edilmiş ərazilərin silah və hərbi sursatlardan təmizlənməsi üzrə tədbirlər davam etdirilir, Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Rəy yaz