Açiq mənbələrdən foto.
Təkcə Ukrayna deyil, Rusiya da cənubda hücuma hazırlaşır
Bakı/30.07.22/Turan: Rusiya mənbələrinin məlumatına görə, Rusiya Ukrayna qüvvələrinin əks hücumunu gözlədiyi üçün qüvvələri Herson istiqamətində cəmləşdirir.
"İnsayder" Telegram kanalının verdiyi məlumata görə, Hersonun şimal-qərbinə tank və döyüş sursatları cəmləşdirilir. Eyni zamanda, Krımda 32 diversiya-kəşfiyyat qrupu yaradılır. Onlar desantçılarla birlikdə Nikolayev və Dnepropetrovsk vilayətləri ilə sərhədə göndərilir.
106-cı Tula HDQ diviziyasının bu regiona köçürülməsinə hazırlıq gedir, diviziyanın zabitləri artıq regiona gəliblər.
Cənub istiqamətində ümumi sayı 8500 nəfərə yaxın olan 14-15 batalyon-taktiki desant qrupu cəmləşdirilib. Onların sayını 11 min nəfərə çatdırmaq planlaşdırılır.
Təkcə son bir həftə ərzində Mariupoldan Yeni Kaxovkaya altı batalyon-taktiki desant qrupu köçürülüb. Melitopoldan Hersona ponton keçidlərinin təşkili üçün qoşunlar göndərilir. Cənubi Buq çayının gücləndirilməsi üçün artıq iki taktiki mühəndis-istehkamçı qrupu buradadır.
Cidd-cəhdlə yeni artilleriya diviziyaları formalaşdırılır. Belə ki, 16 ədəd iriçaplı 207 mm-lik "Pion" sistemləri gətirilib. Bununla yanaşı, döyüş sursatları anbarları artıq bir yerdə cəmləşdirilmir.
Belə bir nəticə çıxarmaq olar ki, RF-nin qrupu müdafiə deyil, hücum qrupudur. Onun iki hərəkət istiqaməti var - Nikolayev və Krivoy Roq.
Cənub rusların zərbə endirəcəyi əsas istiqamət olacaq, Donbass da daxil olmaqla, digər hissələrdə onlar "fəal müdafiəyə" keçəcəklər, nəşr belə hesab edir. 02B
-
- Siyasət
- 30 İyul 2022 11:49
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz