Tramp və Ərdoğan Suriya, C-400 və ticarət məsələlərini müzakirə ediblər
Vaşinqton /14.11.19/ Turan: Çərşənbə günü Ağ Evdə ABŞ və Türkiyə prezidentlərinin görüşündə Suriyada vəziyyət və Ankaranın Rusiyadan S-400 sistemlərini alması müzakirə edilib.
Vaşinqtonda xoş qarşılanmaya baxmayaraq, NATO-da iki müttəfiq son aylar bu məsələlərdə fikir ayrılığına görə bir-birini kəskin tənqid edirdi.
Ağ Evdə jurnalistlərin qarşısında çıxış edən Tramp Türkiyənin qlobal terrorizmdə mübarizədə iştirakını yüksək qiymətləndirib, o cümlədən Türkiyənin İŞİD terrorçularının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi əməliyyatına yardımını qeyd edib.
Öz növbəsində Ərdoğan qeyd edib ki, onun ölkəsi minlərlə İŞİD terrorçusunu tutub, daha 1200 nəfər isə Türkiyədə həbsdədir.
O, iki ölkə arasında ticarətin artırılması və dövriyyənin 100 milyard dollara çatdırılması ideyasını dəstəklədiyini bildirib, bu, indiki göstəricidən demək olar ki, dörd dəfə çoxdur.
Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemini alması ilə bağlı Vaşinqtonun narahatlığına gəlincə, hər iki prezident bu məsələyə dair danışıqları davam etdirməyə hazır olduqlarını bildiriblər.
Bununla belə, Ağ Ev işarə edib ki, ikitərəfli münasibətlərə mane olan digər məsələlərdə irəliləyiş əldə etmək üçün S-400 probleminin həlli vacibdir.
Ərdoğan deyib ki, bu məsələ “yalnız dialoq yolu” ilə aradan qaldırılmalıdır.
O həmçinin qeyd edib ki, Nümayəndələr Palatasının 1915-ci il hadisələri ilə bağlı son qərarı “ikitərəfli münasibətlərə dərin kölgə sala bilər”. Ərdoğan əlavə edib ki, 104 il əvvəl baş vermiş hadisələrlə bağlı qərar qəbul edən şəxslər siyasətçilər yox, tarixçilər olmalıdır.-25B-
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz