Turan-ın redaktorunun Ermənistana səfəri haqqında
Bakı/05.02.19/Turan: 1-5 fevral tarixləri arasında Turan agentliyinin redaktoru Şahin Hacıyev bir sıra reportajlar və müsahibələr hazırlamaq üçün Ermənistana ezam edilib.
Həmin səfərin həyata keçirilməsi üçün Azərbaycan və Ermənistanın müvafiq orqanlarından razılıq alınmışdı. Belə ki, Ermənistan XİN Hacıyevə və onu müşaiyət edən Gürcüstanlı və Rusiyalı assistentlərə jurnalist akkreditasiyası vermişdi.
Yerevana səfəri çərçivəsində Turan-ın redaktoru siyasi partiyaların nümayəndələri və ekspertlərlə bir sıra görüşlər keçirib.
Gələcək günlərdə yayımlanacaq video və yazılı reportajların mövzusu Qarabağ nizamlanması məsələləri, regiondakı vəziyyət olacaq.
Bu materiallar Turan agentliyinin saytında və Contact saytında dərc ediləcək.
Turan agentliyi jurnalistlərdən redaktorumuzun səfərinin məqsədi və mahiyyəti barədə bu informasiyadan istifadə etməyi xahiş edir.
İsrarla bu səfərin məqsədləri haqqında məlumatı təhrif etməməyinizi və məlumat əlavə etməməyinizi xahiş edirik. -0-
-
- Maliyyə
- 5 Fevral 2019 15:06
-
- Bazarların icmalı
- 5 Fevral 2019 15:48
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz