Мероприятие в посольстве Украины в Баку. Архив
Ukrayna səfirliyi BDU-da tədbirin baş tutmamasının səbəbləri haqqında
Bakı/14.11.18/Turan: Ukraynanın Azərbaycandakı səfirliyi Turan agentliyinə noyabrın 13-də agentliyin Bakı Dövlət Universitetində Ukraynada Qolodomora həsr edilmiş dəyirmi masanın ləğv edilməsi haqqında nəşri ilə bağlı açıqlama göndərib.
http://www.turan.az/ext/news/2018/11/free/politics%20news/az/76616.htm
"Noyabrın 13-də BDU Səfirliyə T.Şevçenko adına Kiyev Milli Universitetinin professoru V.Sergiyçukun iştirakı ilə əvvəlcədən razılaşdırılmış formatda, daha dəqiq isə BDU müəllimlərinin və tələbələrinin iştirakı ilə tədbirin keçirilməsinin mümkün olmadığı barədə məlumat verib.
Bizə yalnız tarixçilərin görüşünü keçirmək təklif olunub, bu da tədbirin konsepsiyasına uyğun deyil, belə ki, professor V.Sergiyçukun geniş auditoriya üçün leksiyasının keçirilməsi nəzərdə tutulurdu. Buna görə Səfirlik tədbirin keçiriləcəyi yerin dəyişdirilməsi haqqında qərar qəbul edib", deyə səfirliyin məktubunda bildirilir.
Səfirliyin mətbuat katibi V.Koval əlavə edib ki, Qolodomor mövzusunda dəyirmi masa noyabrın 15-də saat 12-də Ukrayna diplomatik nümayəndəliyinin binasında keçiriləcək. Tarixçilər, jurnalistlər və Ukrayna diasporasının nümayəndələri dəvət edilib.
Əvvəlki illərdə bu ənənəvi tədbir səfirliyin Bakı otellərində icarə götürdüyü zallarda keçirilib.
2006-cı ildə Ukraynanın "Ukraynada 1932-1933-cü illərdə Qolodomor haqqında" qanunu ilə Qolodomor Ukrayna xalqının soyqırımı kimi tanınıb. 2010-cu ildə Kiyev şəhər Apellyasiya Məhkəməsinin hökmü ilə Qolodomorun soyqırım xarakterli olduğu, Stalinin, Molotovun, Kaqanoviçin, Postışevin, Çubarın, Xatayeviçin, Kosiorun Ukrayna millətinin bir hissəsini məhv etmək niyyəti sübut edilib. -0-
Siyasət
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
Rəy yaz