Ali Məhkəmə Bayramlının həbs müddətini iki ay azaldıb
Bakı/14.11.18/Turan: Bu gün Azərbaycan Ali Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının üç illik həbs müddətini iki ay azaldıb.
Məhkəmə ittihamı CM-in 206.1-ci (qaçaqmalçılıq) maddəsindən 29,206.1-ci (qaçaqmalçılığa cəhd) maddəyə tövsif edib.
Məhkəmədə çıxış edən vəkil Elçin Sadıqov Bayramlının Azərbaycanda 206.1-ci maddə ilə həbsdə saxlanılan yeganə insan olduğuna diqqət çəkib. O qeyd edib ki, Bayramlı dəfələrlə uydurma ittihamla həbs edildiyini və siyasi məhbus olduğunu bəyan edib.
"İş materialları arasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin məktubları var. O məktublardan görünür ki, G.Bayramlı, hətta Gürcüstanda olanda da izlənilib", deyə vəkil bildirib.
Bayramlı sərhəddən bəyan edilməmiş 12 min dollar keçirməyə çalışmaqda ittiham olunur. Amma o, "Sınıq Körpü" gömrük məntəqəsini keçməzdən əvvəl saxlanılıb.
"Biz istintaq qarşısında məntəqədəki videogörüntülərin alınması haqda vəsatət qaldırdıq. Bir ay sonra cavab gəldi ki, həmin görüntülər saxlanmayıb. Bu iş üzrə məhkəmədə 14 vəsatət qaldırdıq, heç biri təmin olunmadı", deyə vəkil bildirib.
Amma prokuror Bayramlıya bəraət verilməsi xahişi yer alan kassasiya şikayətinin təmin edilməsinə etiraz edib.
Müşavirədən sonra hakim Hafiz Nəsibov ittihamı tövsif etdiyini və cəza müddətini 2 ay azaltdığını elan edib.
İclasdan sonra AXCP fəalları Ali Məhkəmənin binası qarşısında Bayramlının azad edilməsi tələbi ilə fleş-mob keçiriblər.
AXCP lideri Əli Kərimli Azərbaycan hakimiyyətini siyasi rəqibinin cinayət təqibinə görə qınayıb.
Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb və 3 il müddətinə həbs edilib. O, 12 min dolları onun baqajına hüquq-mühafizə orqanlarının əməkdaşlarının özlərinin qoyduğunu bildirib. -16D-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz