Samux elektrik stansiyasında qəza
Bakı/14.11.18/Turan: Noyabrın 14-də səhər Samux rayon elektrik stansiyasında (Bakıdan 350 km qərbdə) partlayış baş verib. Nəticədə bir nəfər 3-4-cü dərəcə yanıq xəsarəti alıb.
Ölkənin Səhiyyə Nazirliyindən Turan-a verilən məlumata görə, bu, 1978-ci il təvəllüdlü Elmir Həsənovdur. O, Gəncə şəhər xəstəxanasına yerləşdirilib.
Samux rayon icra hakimiyyətinə hadisənin səbəbləri ilə bağlı göndərilmiş sorğuya cavabda bildiriblər ki, KİV-in stansiyada hər hansı qəza ilə bağlı məlumatları əsassızdır və heç nə baş verməyib.
Saat 12:20-yə FHN də Samuxdakı hadisə haqqında heç bir məlumat verməyib.
Qeyd edək ki, sosial şəbəkələrdəki nəşrlərə əsasən, stansiyada partlayış baş verib, daha sonra yanğın başlayıb. -05B-
Cəmiyyət
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
Rəy yaz