Экс-посол Норвегии в Азербайджане Стейнар Гил
Steynar Gil: Azərbaycan Avropa İttifaqının dəyərlərini bölüşmür
Bakı/14.11.18/Turan: Norveçin Azərbaycanda keçmiş səfiri Steynar Gil Oslonun Bakıdakı səfirliyi bağlamaq və onu Tbilisiyə köçürmək qərarına münasibət bildirib.
Turan Agentliyinin bu məsəlı ilə bağlı sorğusuna o, belə cavab verib: "Düşünürəm ki, Norveç XİN-in bəyanatında sualınızın cavabı verilib. Gürcüstan 2012-ci ildə Osloda səfirlik açıb. Bizim Gürcüstanda işləməyimiz həmişə daha asan olub, çünki bu ölkə fəal şəkildə islahatlar aparır və bizim dəyərlərimizi bölüşür, Azərbaycanda bugünki rejim haqqında isə bunu demək olmaz".
Xatırladaq ki, Norveç XİN-in Azərbaycan səfirliyini bağlamaq qərarı rəsmi Bakının kəskin tənqidinə səbəb olub. Bakı nümayəndələri bu qərarın təəssüf hissi doğurmadığını bildiriblər. Daha sonra qeyd edilib ki, Norveç səfirliyi və onun keçmiş səfiri daxili işlərə qarışmaqla məşğul olurdu və guya Steynar Gili ölkədən göndərməyi planlaşdırırdılar, amma o, özü gedib.
Qeyd edək ki, Gil 13 il əvvəl Bakıda səfir vəzifəsində işləyib. -02B-
-
- Cəmiyyət
- 14 Noyabr 2018 12:23
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz