Vaşinqtondan Qoşulmama Hərəkatına baxış
Vaşinqton/25.01.20/Turan: Qoşulmama Hərəkatı (QH) hazırda çətin ki belə olsun, əslində bu, belə deyil. Bunu cümə günü ABŞ dövlət katibinin köməkçisinin müavini Kerri Filipetti jurnalistlərlə söhbətində bildirib.
Vaşinqton Xarici Mətbuat Mərkəzinin təşkil etdiyi Venesuela mövzusunda brifinqdə diplomat Nikolay Maduronun öz beynəlxalq müttəfiqlərindən, o cümlədən Azərbaycanın hazırda rəhbərlik etdiyi QH-dən aldığı xeyirxah dəstəyi qeyd edib.
Filipettinin sözlərinə görə, QH İranı, Maduronun timsalında Venesuelanı dəstəkləməyə davam edir və Kubanı dəstəkləyir.
“Biz görürük ki, Qoşulmama Hərəkatı ən pis rejimlərə, insan hüquqlarını pozanlara qoşulur”, - o deyib.
Filipetti “siyasi və humanitar böhranı” aradan qaldırmaq üçün Venesuela xalqına beynəlxalq dəstəyi artırmağa çağırıb.
Bir il öncə Venesuela müxalifət lideri Xuan Guaydo özünü ölkənin tamhüquqlu lideri elan edib və ABŞ da daxil olmaqla, dünyanın 60-a yaxın ölkəsinin dəstəyini alsa da Maduro hakimiyyətdə qalır.
Ötən həftə dövlət katibi Mayk Pompeo Kolumbiyaya səfəri zamanı ilk dəfə Guaido ilə şəxsən görüşüb. Bir il öncə Venesuela xalqına verilənd vədi təkrarladı: - venesuelalıların ləyaqətlə və azad yaşamaq imkanı əldə etməsi üçün mümkün olan hər şeyi etmək.
Maduro rejiminin yaşamasının davam etməsinin səbəbi odur ki, o, öz vətəndaşlarını sıxışdıraraq hakimiyyəti qanunsuz saxlamaq üçün Rusiya, Kuba və digər ölkələrdəki rejimlərlə həmrəydir, Flipetti deyib. -25B-
-
- Cəmiyyət
- 25 Yanvar 2020 11:08
Siyasət
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
Rəy yaz