Vətəndaş və İnkişaf Partiyası bələdiyyə seçkilərində iştirak etməyəcək
Bakı/11.11.19/Turan: Vətəndaş və İnkişaf Partiyası (VİP) dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirakdan imtina edib. Bu qərar noyabrın 10-da partiya Məclisinin iclasında qəbul edilib.
Məclis üzvləri hesab edirlər ki, Azərbaycanda seçkiqabağı vəziyyət yaxşılaşmayıb və seçkilərdə iştirakın mənası yoxdur, partiyanın mətbuat xidmətinin məlumatında bildirilir. —06D-
Siyasət
-
Rusiyalı müstəntiqlər, Azərbaycan Hava Yolları (AZAL) tərəfindən idarə olunan 8243 saylı reysin qəzasının raket zərbəsi nəticəsində baş verdiyini təsdiqləyiblər. Bu barədə istintaqa yaxın mənbələrin yeni məlumatlarına istinadən Azərbaycan hökumətyönlü nəşri AnewZ xəbər verir.
-
Azərbaycanın özəl yayım kanalı Baku TV çərşənbə günü efirdə “Rus Evi”ni mədəni və humanitar fəaliyyət adı altında anti-Azərbaycan casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edən reportaj yayımlayıb. Reportajda “etibarlı mənbələr”ə istinad edilib, lakin mənbələrin kimliyi açıqlanmayıb. İddialara görə, Rusiya mədəniyyət mərkəzi milli ziddiyyətləri qızışdırır və kəşfiyyat fəaliyyəti üçün baza rolunu oynayır.
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
Rəy yaz