Arzuman Qurbanov polisdən buraxılıb (yenilənib)
Bakı/11.11.19/Turan: Noyabrın 9-da axşam Arzuman Qurbanov DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən buraxılıb. Bu barədə AXCP-dən bildiriblər.
Öncə A.Qurbanovu iğtişaşlara (19 oktyabr mitinqi nəzərdə tutulur) çağırışda ittiham edərək CM-in 220-ci maddəsi (kütləvi iğtişaşların təşkili) ilə cinayət işi açmağa çalışıblar.
Sonra sosial şəbəkələrdə hakimiyyəti kəskin tənqid etməsilə əlaqədar iddia irəli sürərək onu ölkəyə buraxmamaqla hədələyiblər. A.Qurbanovun sözlərinə görə, özü keçmiş polis işçisidir. O, fiziki təzyiqlərin olmadığını bildirib.—06D--
* * *
2019 Noyabr 11 (Bazar ertəsi) 14:19:39
AXCP fəalı Arzuman Qurbanov saxlanılıb
Bakı/09.11.19/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ağstafa rayon təşkilatının fəalı Arzuman Qurbanov saxlanılıb. Bu barədə AXCP-nin məlumatında deyilir.
Qurbanov noyabrın 8-də "Sınıq Körpü" (Bakıdan 530 km qərbdə, Gürcüstanla sərhəddə) sərhəd məntəqəsində saxlanılıb və əvvəlcə Qazax rayon polis şöbəsinə aparılıb. Oradan onu DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə aparıblar.
"Çox güman ki, ona qarşı saxta cinayət işi açılacaq, bir müddət əvvəl AXCP-nin Nizami rayon təşkilatının sədri Paşa Ümidova qarşı olduğu kimi. Hamı rejimdən siyasi məhbusların azad edilməsini tələb etdiyi halda, Azərbaycanda onların sayı artır", deyə öz növbəsində AXCP lideri Əli Kərimli öz facebook səhifəsində yazıb.
AXCP-dən qeyd ediblər ki, Qurbanov da Ümidov kimi keçmiş polis əməkdaşıdır.
"Görünür, hakimiyyət polis əməkdaşlarının AXCP üzvü olmasını qəbul edə bilmir. Məhz bu səbəbdən də onları cəzalandırır", deyə partiyadan bildiriblər.
Rəsmi orqanlar hələlik Qurbanovun saxlanılması ilə bağlı heç bir şərh verməyiblər. -03D06-
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 341
Rəy yaz