Tofiq Yaqubludan siyasi fəaliyyətə son qoymaq tələb olunub
Bakı/11.11.19/Turan: Tofiq Yaqubludan Milli Şuradan çıxmaq və siyasi fəaliyyətə son qoymaq tələb olunub.
Bu barədə Turana siyasətçinin qızı Nigar Həzi məlumat verib. Onun sözlərinə görə, o, noyabrın 11-də İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılan atası Tofiq Yaqublu ilə telefonla danışıb. "Atam dedi ki, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin bir zabit əməkdaşı saxlanıldığı təcridxanaya gələrək onu 3 saatdan çox sorğu-suala tutdu. Ondan Milli Şuradan istefa veməyə və siyadi fəaliyyətə son qoymağı tələb olunub. Əks təqdirdə atamı İdarəyə aparıb orada ağır işgəncələr verəcəklərini bildirdilər".
N.Həzinin iddiasına görə, atasını ailəsi ilə təhdid ediblər. "Mənim, ailəmin başına bir iş gələrsə, bu təzyiqlər Tofiq Yaqublunu mübarizəsindən çəkindirmək üçündür. İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox", Həzi deyərək bildirib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. -0-
Siyasət
-
Ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin qəzaya uğraması xəsarət alan ölkə vətəndaşlarından 4 (1 kişi və 3 qadın) nəfərin stasionar müalicəsi davam edir.
-
“Abzas Media” nəşrinin redaktoru, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Sevinc Vaqifqızı jurnalist həmkarlarının personal tərəfindən fiziki təzyiqlərə və ayrı-seçkiliyə məruz qaldığını bildirib.
-
Bundan əvvəl pilotların danışıqları ilə bağlı İnternetdə dərc olunmuş açıqlamalar dekabrın 25-də Aktauda qəzaya uğramış AZAL təyyarəsinin "qara qutusundakı" materiallardan fərqlənir. Bu barədə yanvarın 24-də Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
-
Bu həftə Tramp administrasiyası Türkiyə ilə yeni danışıqlara başlayıb, ikitərəfli və regional məsələlərə, o cümlədən Cənubi Qafqazdakı sülhə xüsusi diqqət yetirib, Turan-ın Vaşinqton müxbiri bildirib.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 158
Rəy yaz