XİN-in Ermənistan və Azərbaycan rəhbərlərinin qarşıda duran görüşü haqqında məlumatı
Bakı/14.11.18/Turan: "Azərbaycan nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib". Bu barədə Azərbaycan XİN-in Milanda ATƏT XİN Şurası çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının mümkün görüşü haqqında şərhində deyilir.
"ATƏT-in Minsk Qrupunun həmsədrləri bu görüşlərin təşkili istiqamətində müvafiq iş aparırlar. Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir", deyə şərhdə qeyd edilir.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan tərəfi belə bir görüşünü keçirilməsi mümkünlüyünü bəyan etmişdi. -02D-
-
- Siyasət
- 14 Noyabr 2018 11:35
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz