Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinin Gəncə hadisələri haqqında dedikləri
Bakı/14.11.18/Turan: Bu ilin iyulunda Gəncədə baş vermiş iğtişaşlarla əlaqədar 60-dan çox insan həbs edilib, beş nəfər silahlı müqavimət göstərərkən məhv edilib. Bu barədə noyabrın 14-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Mədət Quliyev Bişkekdə Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasında çıxış edərkən bildirib.
Bir sıra beynəlxalq terror təşkilatlarının Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirmək cəhdləri haqqında danışan Quliyev qeyd edib ki, Yaxın Şərqdə, İraq və Suriyada bu dini ekstremist təşkilatlar Azərbaycanda öz halqalarını yaratmağa çalışırlar.
Gəncə hadisələri dini radikalların və ekstremistlərin qanunsuz əməllərinin parlaq təzahürü oldu. Onlar Azərbaycanın ikinci böyük şəhərində ictimai-siyasi sabitliyi pozmağa çalışırdılar.
Bu əməllərin qarşısının alınması zamanı 60-dan çox insan həbs edilib, daha beş nəfər silahlı müqavimət göstərərkən məhv edilib. Terror fəaliyyətinin və dini ekstremizmin yayılmasının qarşısını almaq üçün beynəlxlaq əməkdaşlığa və kollektiv tədbirlərə ehtiyac var. Bu mənada türkdilli ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyəti əhəmiyyətlidir, deyə Quliyev bildirib.
Xatırladaq ki, 2018-ci il iyulun 3-də Gəncə sakini Yunis Səfərov odlu silahla şəhər icra başçısı Elmar Vəliyevi və onun cangüdənini yaralayıb. Bir həftə sonra şəhərdə itişaşlar baş verib, iki polis zabiti öldürülüb. Rəsmi orqanların versiyasına görə, iğtişaşlar dini ekstremistlər tərəfindən törədilib. -05D06--
-
- İqtisadiyyat
- 14 Noyabr 2018 11:21
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz