XİN: Maddi-mənəvi irsin məhvilə bağlı beynəlxalq qurumlara hesabatlar təqdim edilib
Bakı/27.03.18/Turan: "İşğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən 738 tarixi abidə, 83500 ədəddən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 ədəd maddi-mədəniyyət resursu talan edilib və vandalizm obyektinə çevrilib". Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bunu Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına münasibətdə bildirib.
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Ermənistan tərəfi nəzarətində olan Azərbaycan torpaqlarında "vandalizm siyasəti" yürütməkdə ittiham edib, istər Qarabağda, istər Ermənistanda Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsini ümumbəşəri sivilizasiyaya qarşı "vəhşilik" kimi dəyərləndirib: "İşğal olunmuş ərazilərimizdə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrinin Ermənistan tərəfindən dağıdılması, talan və məhv edilməsi halları dəqiqliklə müəyyən olunub. Cəbrayıl rayonunda XVII əsrə aid məscid kompleksi, Şuşa şəhərində XVIII əsrə aid Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri, XIX əsrə aid Ağdam məscidi nəinki dağıdılıb və talan edilib, donuz və mal-qara yerləşdirməklə tövlə edilib və təhqir obyektinə çevrilib. Həmçinin, Şuşa şəhərində Vaqifin Mavzoleyi, Natəvanın evi, karvansaray kimi arxeoloji abidələr dağıdılıb və talan edilib".
Mətbuat xidmətinin rəhbəri qeyd edir ki, erməni nəzarətində olan Azərbaycan torpaqlarında erməni kilsəsinə heç bir aidiyyəti olmayan tarixi Alban xristian kilsələrinin mülkiyyəti mənimsənilib, memari xüsusiyyətləri dəyişdirilərək erməni kilsə abidələri kimi təqdim edilir.
XİN nümayəndəsi erməni tərəfin 2003-cü ildən etibarən Azıx mağarasında və Ağdam ətrafında qeyri-qanuni arxeoloji qazıntılar apardığını da nəzərə çatdırır.
Bununla yanaşı, H.Hacıyev Yerevandakı Azərbaycana aid maddi-mədəniyyət abidələrinin dağıdıldığını da xatırladır və bununla bağlı YUNESKO, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya və s. beynəlxalq qurumlara müfəssəl hesabatlar təqdim olunub.
Mətbuat xidmətinin rəhbəri deyir ki, XİN erməni nəzarətində olan Azərbaycan torpaqlarında maddi-mədəniyyət abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi üzrə fakt-araşdırıcı missiyanın təşkil olunması məsələsini beynəlxalq səviyyədə dəfələrlə qaldırıb.
H.Hacıyev bildirir ki, Azərbaycan XİN və MvTN birgə səylərlə Ermənistanın nəzarətində olan Azərbaycan torpaqlarında və eləcə də Ermənistanda Azərbaycan xalqına məxsus tarixi maddi-mədəni irsə qarşı vandalizm əməllərini beynəlxalq səviyyədə təqdim etməyə davam edəcək. -0-
-
- İqtisadiyyat
- 27 Mart 2018 12:05
-
- Siyasət
- 27 Mart 2018 12:19
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz