Baş katib Ümumdünya Ərzaq günü müraciəti
16 oktyabr 2019
Ümumdünya Ərzaq günü Aclığa Son məqsədinə çatmaq üçün qlobal çağırışdır. Bu məqsəd qidanın hər kəs üçün, hər yerdə əlçatan və müvafiq qiymətə olmasını hədəfləyir.
Lakin bu gün 820 milyondan çox insan kifayət qədər qidalana bilmir.
İqlimlə bağlı fövqəladə vəziyyət ərzaq təhlükəsizliyi üçün artmaqda olan təhlükədir.
Eyni zamanda, iki milyard kişi, qadın və uşaq artıq çəki və ya piylənmədən əziyyət çəkir.
Qeyri-sağlam qidalanma xəstəlik və ölüm riski daşıyır.
Dünyada, hər il 1 milyard tondan çox ərzağın israf edildiyi bir dövrdə aclığın artması qəbuledilməzdir.
İstixana qaz emissiyalarını azaltmaq da daxil olmaqla, istehsal və istehlak modellərini dəyişməyin zamanı gəlib.
Ərzaq sistemlərinin islahatı, bütün dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün çox əhəmiyyətlidir.
Məhz buna görə də mən, 2021-ci ildə Ərzaq Sistemləri Sammitini təşkil etməyi ümid edirəm. Bu, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq istiqamətində Fəaliyyət Onilliyi çərçivəsinin bir hissəsidir.
Bir insan övladı olaraq, aclıqdan azad bir dünya bizim üçün mütləqdir.
-
- İqtisadiyyat
- 16 Oktyabr 2019 14:55
-
- Sual-cavab
- 16 Oktyabr 2019 15:30
Söz istəyirəm
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
-
Yanvarın 7-də prezident İlham Əliyevin yerli telekanallarla mətbuat konfransında Real TV-nin nümayəndəsi belə bir sual verdi: "Trampı bizimlə bir gəmidə görürsünüz..."
-
Çıxışıma təşəkkürlərlə başlamaq istəyirəm. Həyatımın hər mərhələsində yanımda olan ailəmə, yaxın qohumlarıma, dostlarıma təşəkkür edirəm. Şərlənərək həbs edildiyimə görə fiziki olaraq azadlıqdan məhrum edilsəm də, ilk andan bu günə qədər bütün maddi-mənəvi çətinliklərə baxmayaraq, onların yanımda olmasının nə qədər dəyərli olduğunu sözlərlə ifadə etmək mümkün deyil.
Rəy yaz