
AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidmətinin rəisi Cənab Zahid İsayevə
Hörmətli cənab İsayev,
Avqustun 19-da Dövlətə məxsus "MİDA" MMC Hovsandakı yaşayış massivində yerləşən güzəştli mənzillərdə qaz, su və elektrik sayğaclarının alınması və quraşdırılması üzrə 3 müqavilə bağlamışdır.
Hər 1 elektrik, qaz və su sayğacının alınması və quraşdırılması müvafiq olaraq 407,02 manata ($239,4), 323,41 manata ($190,2) və 260,85 lmanata($153,4) başa gələcəkdir.
Müqavilə bağlamaq hüququ "Qaz Oil Building" MMC, "RF İnshaat" MMC və "Bakelekro" ASC-yə açıq tenderin nəticələrinə əsasən verilmişdir.
Yuxarıda göstərilmiş rəqəmlərə ölçü cihazları, qoşma elementləri və cihazların quraşdırılmasının qiymətləri daxildir. Bu siyahıda ən bahalı olan cihazların öşzləridir və bu, faktiki olaraq, sayğacların quraşdırılması dəyərinin həddindən artıq şişirdildiyini göstərir.
Məlumat üçün: Çin və Rusiya istehsalçıları elektrik sayğaclarını 10-$12-a satırlar-
Çin smart-sayğacı: https://russian.alibaba.com/g/smart-card-electricity-meter.html
Rusiya smart-sayğacı: http://markakachestva.ru/rating-of/1746-luchshie-schetchiki-elektroenergii.html
Çin su smart-sayğacı $10-dır: https://russian.alibaba.com/g/smart-water-meter.html
Polşa istehsalı su smart-sayğacı $13,6-dır: http://www.vebos.com.ua/catalog/item/250
Çin qaz smart-sayğacı $35-dır: https://russian.alibaba.com/g/smart-gas-meter.html
Gətirilmiş faktlarla əlaqədar olaraq, tenderin nəticələrinin ləğv olunmasını və onun dövlət və cəmiyyətin mənafeyi baxımından yenidən keçirilməsini Sizdən xahiş edirik.
Həmçinin xatırlatmaq istərdik ki, 2005-ci ilin yanvarında hökumət "Gəncə Sənaye Cihaz" ASC-ni ümumi dəyəri $50 mln. olan 1 mln. qaz sayğacının tədarükü üçün tenderin qalibi elan etmişdi. Müraciətimizdən sonra tenderə yenidən baxıldı və həmin məbləğ $24 mln.-a endirildi.
Hörmətlə, Mehman Əliyev
Rəy yaz