журналист Фикрет Гусейнли
Məhkəmə Fikrət Hüseynlinin işini yenidən prokurorluğa qaytarıb
Bakı/31.01.18/Turan: Yanvarın 31-də Kiyev Apellyasiya Məhkəməsində jurnalist Fikrət Hüseynlinin işi üzrə təhqiqata baxış davam edib. Bu barədə Turan-a jurnalis özü bildirib.
Onun sözlərinə görə, məhkəmə prokurorluğun iddiasından əl çəkməsi üçün işi yanvarın 17-də oraya qaytarmışdı.
"Prokurorluq bu gün məhkəmədə iddiasından əl çəkmədiyini bildirdi. Məhkəmə işin perspektivinin olmadığını bildirdi və yenidən prokurorluğa qaytardı, iddiadan vaz keçməsini tövsiyə etdi. Prokurorluq iddiasından əl çəkməsə fevralın 8-də yenidən məhkəmə baxışı olacaq", -o qeyd edib.
Fikrət Hüseynli Azərbaycandan Niderlanda mühacirət edib və bu ölkənin vətəndaşlığını alıb. 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Azərbaycanın sorğusu əsasında İnterpol xətti ilə saxlanılıb.
Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.
F.Hüseynli ittihamları təkzib edib və ona qarşı cinayət işini siyasi sifariş adlandırıb.
Oktyabrın 27-də Kiyevin Lukyanovski məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə F.Hüseynlini azad edib. Eyni zamanda məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatəti təmin etməyib.
Kiyev prokurorluğu F.Hüseynlinin azad edilməsindən apellyasiya verib və onun həbs olunmasını tələb edib. Dekabrın 27-də etiraza baxılması müddəti başa çatıb.-03B-
-
- Siyasət
- 1 Fevral 2018 10:56
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz