BDU-da Qolodomora həsr olunmuş �dəyirmi masa� ləğv edilib
Bakı/13.11.18/Turan: Bakı Dövlət Universitetinin rəhbərliyi noyabrın 15-də 1932-33-cü illərdə Ukrayna Qolodomoruna həsr olunmuş "dəyirmi masa"nın keçirilməsi üçün yer ayırmaqdan imtina edib.
Ukrayna səfirlyi və BDU birgə tədbirin keçirilməsi barədə öncədən razılıq əldə etmişdilər. Tədbirdə Ukraynadan alimin çıxışı planlaşdırılmışdı. Ancaq tədbirə üç gün qalmış BDU öz vədindən imtina edib.
Bu səbəbdən sovet Ukraynasının milyonlarla vətəndaşının aclıqdan ölməsi mövzusuna həsr olunmuş "dəyirmi masa" noyabrın 15-də bu ölkə səfirliyinin binasında keçiriləcək.
Bu barədə məlumat verən politoloq Elxan Şahinoğlu xatırladır ki, Ukraynada 4 milyondan 7 milyonadək insanın ölümünə səbəb olan Qolodomor Stalin repressiyası idi və bütün dünyada tanınıb.
"Stalin sovet Azərbaycanında minlərlə insanın ölümündə günahkardır. Stalinin və çağdaş Rusiya rəhbərliyinin cinayətləri arasında əlaqə yoxdur. O zaman niyə BDU öz zalında "dəyirmi masa" keçirməkdən qorxur? Məgər Rusiyada kimsə bu tədbirə etiraz edəcək?", - politoloq təəccüblənib.
"Əgər bir gün Ukraynanın paytaxtında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirməkdən imtina etsələr, biz ukraynalılara nə deyək? Azərbaycanda kimsə bu barədə düşünür?", - E.Şahinoğlu qeyd edib.
Ukrayna səfirliyinin mətbuat katibi bildirib ki, baş verənlərlə bağlı öz rəhbərliyindən məlumat aldıqdan sonra Turan-ın suallarını cavablandıracaq. İlk telefon zəngindən sonra iki saat ərzində Turan Ukrayna səfirliyindən açıqlama ala bilməyib.
Ukraynada Qolodomor mövzusunda "dəyirmi masa"lar hər il bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən keçirilir.
2015-ci ildə tədbir Azərbaycan Milli Elmlər Akademiyasında, o biri illərdə isə Ukrayna səfirliyində keçirilib.
2006-cı ildə "1932-1933-cü illərdə Ukraynada Qolodomor haqqında" qanun ilə Qolodomor Ukrayna xalqının soyqırımı kimi tanınıb. 2010-cu ildə Kiyev Şəhər Apellyasiya Məhkəməsinin qərarı ilə Qolodomorun soyqırım xarakteri, Stalin, Molotov, Kaqanoviç, Postışev, Çubar, Xatayeviç, Kosiorun niyyətinin Ukrayna millətinin bir hissəsini məhv etmək olduğu sübuta yetirilib.0-
Siyasət
-
Noyabrın 23-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda müxtəlif ölkələrdən olan ekofəlallr liderlərin kifayət qədər iqlim maliyyəsi ödənilməsi barədə razılığa gələ bilməməsinə etiraz olaraq aksiya keçirib.
-
Bakıda COP29 iqlim konfransının bağlanışı ərəfəsində Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs olunmuş jurnalistlərin cinayət işlərinə diqqəti yönəldib.
-
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu sessiyası üzrə danışıqlar 24 noyabr tarixinə qədər uzadılıb. Bu barədə UNFCCC Katibliyindən bir mənbə Turan informasiya agentliyinə məlumat verib. Mənbənin sözlərinə görə, iştirakçılar həmin tarixə qədər yekun sənədləri razılaşdırıb imzalamağı planlaşdırırlar.
-
Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, İstanbul prokurorluğunun Qaçaqmalçılığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşını böyük miqdarda qızılla saxlayıblar.
Rəy yaz