Əziz Orucovun doğmaları ilə görüşünə icazə verilmir
Bakı/02.02.18/Turan: Kanal-13 internet televiziyasının həbsdə olan direktoru Cavad Cavadovun vəkili istintaq təcridxanasında müvəkkilinin hüquqlarının pozulduğunu bildirib.
Hökmdən sonra iki aya yaxın vaxt keçməsinə baxmayaraq, onun ailə üzvləri ilə açıq görüşlərinə icazə verilmir. Orucov onlarla yalnız şüşə arakəsmə arxasından danışa bilir.
Vəkilin sözlərinə görə, şüşə arakəsmə arxasından görüşlərə ibtidai istintaq və məhkəmə istintaqı zamanı yol verilir.
Əziz Orucov artıq məhkumdur və indi ailə üzvləri ilə birbaşa görüşmək hüququna malikdir. Orucovun hüquqlarının məhdudlaşdırılması milli qanunvericiliyə və Avropa İnsan Hüquqları Məhkəməsinə ziddir.
Əziz Orucov 2017-ci ilin mayında qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib. O, özünü təqsirli bilməyib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Dekabrın 15-də məhkəmə Əziz Orucovu 6 il müddətinə azadlıqdan məhrum edib.
ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir 2017-ci il dekabrın 18-də Azərbaycan hakimiyyətini Kanal-13-ün icraçı direktoru Əziz Orucov barəsində hökmə yenidən baxmağa, habelə bütün müstəqil KİV jurnalistlərinin azadlığına və təhlükəsizliyinə qarşı qəsdlərə son qoymağa çağırıb. -06D-
-
- İqtisadiyyat
- 2 Fevral 2018 12:06
-
- Siyasət
- 2 Fevral 2018 13:15
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz