Российский журналист, основатель проекта WarGonzo Семен Пегов берет интервью у российского наемника в Карабахе. 10.10.2020
Bakı/04.11.20/Turan: Məlumatlı mənbə Turan agentliyinə bildirib ki, Ermənistan Azərbaycanla müharibəyə üçün özəl hərbi şirkətin (ÖHŞ) rusiyalı muzdlularını cəlb edib.
Əsasən, “Vaqner” ÖHŞ-in 300 üzvündən ibarət qrup Rusiyadan Ermənistana, sonra isə Şuşaya göndərilib.
Oktyabrın 1-də “Azadlıq” radiosu vaqnerçilərin özlərinə istinadən məlumat verib ki, onlar artıq Qarabağdadır və döyüşlərdə iştirak edirlər. Əsasən bunlar regiona göndərilmək üçün ən qısa müddətdə səfərbər edilmiş TƏİR (tank əleyhinə idarə olunan raketlər) operatorlarıdır.
“Azadlıq” radiosundakı mənbə bildirir ki, “Vaqner ÖHŞ”in ilk döyüşçüləri Dağlıq Qarabağa hələ avqustun sonu - sentyabrın əvvəllərində gəliblər. https://www.svoboda.org/a/30868597.html
Hələlik bu məlumatın müstəqil təsdiqi yoxdur, lakin əvvəllər Suriyada vaqnerçiləri müşayiət edən rusiyalı jurnalistlər Qarabağda aktiv fəaliyyət göstərirlər.
Sentyabrın 26-da, o cümlədən Ermənistanda da keçirilən Rusiya “Qafqaz 2020” hərbi təliminin son günündə Yerevanda RF Müdafiə Nazirliyinin An-124-100 hərbi hərbi Yerevana təyyarəsi enib. Versiyalardan birinə görə, o, Ermənistana “Top M-2” və “Pantsir-C2” HHM sistemlərini gətirə bilərdi.
Bu təyyarə Ermənistana Rostov-na-Donudan uçub, onun 300 km.-də Molkinoda “Vaqner ÖHŞ”in bazası yerləşir.
“Azadlıq” radiosu qeyd edir ki, Rusiya Müdafiə Nazirliyinin vaqnerçiləri Dağlıq Qarabağa göndərmək planları barədə RBK hələ 2016-cı ilin yayında FTX-nın adı açıqlanmayan zabitinə istinadən yazıb.
Bundan əlavə, Şuşada muzdlu terrorçularun olması haqda prezident Ərdoğan oktyabrın 27-də telefonla prezident Putinə məlumat verib. “Kəşfiyyat xidmətlərinin dəqiq məlumatlarına görə, Şuşada 2 min PKK terrorçusu var və Ermənistanın tərəfində döyüşürlər. Onlara 600 dollar pul verirlər”, - Ərdoğan Putinə bildirib.0—
-
- Siyasət
- 4 Noyabr 2020 12:55
Siyasət
-
Qazaxıstanın Mangistauski rayonunda yerləşən məhkəmə, blogger Azamat Sarsenovu Aktau şəhərində Embraer 190 sərnişin təyyarəsinin qəzasının baş verdiyi yeri çəkdiyi üçün 10 günlük həbs cəzasına məhkum edib. Bu qərar məhkəmənin mətbuat xidməti tərəfindən təsdiqlənib, RBC-nin məlumatına görə.
-
AZAL-a məxsus sərnişin təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat ödəniləcək.
-
Dekabrın 26-da Ramzan Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan qardaşı oğlu Xamzat Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.
-
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub. Bunu inkar etmək qeyri-mümkündür", - bunu yerli və beynəlxalq medialarda mənbələrə istinadən Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiya havadan hücum müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı xəbərini Turana şərh edərkən deputat Rasim Musabəyov deyib.
Rəy yaz