Açiq məmbələrdən foto.
Biləsuvarda qarşıdurma, xəsarət alanlar var
Bakı/04.05.20/Turan: Mayın 4-də səhər Biləsuvar rayonunun sakinləri yerli İcra Hakimiyyətinini binası önündə toplaşaraq sosial ödənişlərin verilməsini tələb ediblər.
Aksiya iştirakçılarından biri Turan-a bildirib ki, yüzlərlə adam öz probleminin həllini tələb etməyə gəlib.
“Rayonda ciddi sosial problemlər, işsizlik var, yaşamaq üçün heç bir şey yoxdur”, - adının çəkilməsini istəməyən aksiya iştirakçısı deyib.
Onlarla adam İcra Hakimiyyətin binasına girməyə cəhd edib, lakin polisin müqaviməti ilə üzləşib. Qeyri-rəsmi məlumatlara görə, xəsarət alanlar var.
DİN nümayəndəsi Ehsan Zahidov Turan-a bildirib ki, bir qrup vətəndaş Biləsuvar rayonunda İcra Hakimiyyətinin qarşısına toplaşmağa cəhd edib.
“Polis əməkdaşları vətəndaşlarla izahatedici söhbət aparıblar və sonra vətəndaşlar ərazini tərk ediblər. Yalnız bir nəfər polisə müqavimət göstərən vətəndaş saxlanılıb. O, polis əməkdaşına xəsarət yetirib. Bununla əlaqədar istintaq gedir. Vətəndaşlardan heç biri xəsarət almayıb”, - E.Zahidov deyib.
Saat 18:00-a yaxın DİN təsdiq edib ki, etirazçılardan biri polisə müqavimət göstərdiyinə görə saxlanılıb. -0-
Cəmiyyət
-
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə üzrə genişmiqyaslı meşə bərpa səyləri barədə məlumat verərək, meşə ərazilərinin genişləndirilməsi məqsədilə on minlərlə ting əkildiyini açıqlayıb. Lakin tənqidçilər nazirliyin eyni zamanda özəl şirkətlərə torpaq icarəyə verməklə meşələrin qırılmasına şərait yaratdığını iddia edirlər.
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
Rəy yaz