![Açiq mənbələrdən foto.](https://turan.az/resized/media/2023/main/031400059826-750-500-resize.webp)
Açiq mənbələrdən foto.
Şolts ilə Əliyev energetika və Qarabağ haqda danışıblar
Bakı/14.03.23/Turan: Azərbaycan Almaniyanın və rolu artmaqda olan Avropa İttifaqının tərəfdaşıdır. Almaniya Ermənistanla Azərbaycan arasında sülhdə maraqlıdır və son vaxtlar gərginliyin artmasından narahatdır. Bunu Almaniya kansleri Şolts Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Sülh Azərbaycan və Ermənistanın ərazi bütövlüyü nəzərə alınmaqla qurulmalı, həmçinin hər iki ölkənin vətəndaşlarının hüquqları təmin edilməlidir", - o qeyd edib. Eyni zamanda vurğulayıb ki, Almaniya Qarabağın müstəqilliyini tanımayıb və tanımır.
Öz növbəsində İlham Əliyev deyib ki, Avropa İttifaqı və Azərbaycan arasında, əsasən enerji sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Azərbaycan Avropa ölkələrinə təbii qaz nəqlini iki dəfə artırmağı planlaşdırır. Yaxın illərdə Azərbaycan Albaniya, Monteneqro, Çexiya və Macarıstana qaz nəql edəcək, o deyib.
Almaniyanın 30 iri şirkətilə görüşdə yaşıl energetika sahəsində əməkdaşlığın inkişafı nəzərdən keçirilib. Əsasən yaşıl energetikanın istehsalı və Avropaya ixracı ilə bağlı razılaşma var, Əliyev sözlərinə davam edib.
O, Ermənistanla münaqişəyə toxunaraq xatırladıb ki, Azərbaycan ərazisi 30 il erməni işğalı altında olub. Torpaqlar İkinci Qarabağ Müharibəsi nəticəsində azad edilib. "Biz erməni tərəfinin qəbul etdiyi beş prinsip əsasında sülh bağlamağı təklif etdik. Ümid edirəm ki, Ermənistan bu imkandan istifadə edəcək", - o deyib. 02B
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Что ждать Что ждать Азербайджану от новой администрации США? - беседа с Лоренсом Шитсом
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:28
- 390
Rəy yaz