![ABŞ və Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına "dəstəyi" müzakirə edib](https://turan.az/resized/media/2023/main/031500059827-750-500-resize.webp)
ABŞ və Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına "dəstəyi" müzakirə edib
Vaşinqton/15.03.23/Turan: Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan çərşənbə axşamı türkiyəli həmkarı İbrahim Kalını - Türkiyə prezidentinin baş müşavirini qəbul edib, xəbəri Turan-ın Amerikadakı müxbiri verib.
Tərəflərin müzakirə etdiyi çox sayda mövzu arasında "Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqlarına dəstək, habelə müdafiə sahəsində ikitərəfli əməkdaşlıq" da olub, bu barədə Ağ Evin görüş haqqında hesabatında deyilir.
"Sallivan Türkiyədə zəlzələlər nəticəsində faciəli insan itkiləri ilə əlaqədar bir daha başsağlığı verib və ABŞ-ın Türkiyə xalqına və onun davam edən bərpa səylərinə dəstəyini təsdiq edib", deyə məlumatda bildirilir.
"Onlar regional və qlobal hadisələr haqqında, o cümlədən Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü ilə bağlı ümumi narahatlıqları və Türkiyənin Qara Dəniz taxıl təşəbbüsünün bərpası üzrə səyləri haqqında danışıblar".
Sallivan həmçinin Birləşmiş Ştatların İsveç və Finlandiyanın mümkün qədər tez NATO üzvü olmalı olduğu haqqında fikrini vurğulayıb.
Kalın həmçinin ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb, onunla Türkiyənin zəlzələdən sonra bərpa səylərinə dəstək, həmçinin İsveç və Finlandiyanın NATO-ya daxil olması və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, bu barədə Nuland öz Twitter səhifəsində yazıb. 0
-
- Siyasət
- 14 Mart 2023 18:30
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Что ждать Что ждать Азербайджану от новой администрации США? - беседа с Лоренсом Шитсом
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:28
- 415
Rəy yaz