Навальный, умное голосование
Rusiyada istənilən seçkiləri bütün dünyada diqqətlə müşahidə edirlər, çünki bu ölkədə dəyişiklik, hətta siyasi rejimin yumşaldılması MDB ölkələrini birləşdirən qalıq mexanizminin taleyinə dərhal təsir göstərəcək.
Sentyabr regional seçkiləri adlandırılan seçkilər (qubernatorlar, yerli parlament deputatları, şəhər sovetləri və Dövlət Dumasının dörd deputatı) istisna olmadı, üstəlik, onlar 2019-cu ildə Moskva Dövlət Dumasına seçkilərdə nisbi uğura gətirib çıxarmış “Navalnı strategiyası”nın təkrar tətbiqi nəticəsində daha çox diqqət çəkdilər. Bu dəfə nəticə müxalifət üçün məyusedici oldu: 41 regionun əksəriyyətində hakim Vahid Rusiya qalib gəldi, halbuki ictimai rəyin son sorğularına əsasən o, cəmi 30% -in etimadını qazanmışdı.
Navalnı texnologiyası kifayət qədər sadədir: namizədin səslərini hakimiyyət partiyasından məhrum etmək üçün kim olursa-olsun ən yaxşı namizədə səs vermək. Bu metodun məhdud səmərəliliyindən o fakt xəbər verir ki, sırf rəmzi qələbələr çox nadir hallarda və yalnız ikinci dərəcəli seçkilərdə baş verir.
Bu dəfə Navalnının tərəfdarı Kseniya Fadeyeva Tomsk Şəhər Dumasının üzvü oldu. 27 rayondan 16-da Navalnının tövsiyə etdiyi namizədlər qalib gəldi. Rusiyanın üçüncü böyük şəhəri Novosibirskdə Navalnının silahdaşı Sergey Boyko Şəhər Şurasının üzvü oldu. Budur, bütün uğurlar.
Səsvermənin yekunlarına əsasən Pavel Lokşin (Die Vest, 14.09.20) belə nəticəyə gəlir ki, Navalnı planı - Putinə əyalətdə meydan oxumaq planı işləmədi, bunun nəticəsini inzibati resurs kimi məlum olan “dünya kimi köhnə” prosedurlar ilə izah edib: müxalifət namizədlərinin seçkilərdən çıxarılması, miqyaslı manipulyasiyalar, onların arasında seçki məntəqələrindən kənarda səsvermə və seçkilərin bir neçə gün uzadılması var. Seçkilər üç gün ərzində, o cümlədən səyyar və açıq seçki məntəqələrində keçirilib. Konstitusiya islahatı üzrə səsvermədə sınaqdan keçirilmiş bu sistem müşahidəçilərin fikrincə, seçkilərin nəticələrinin saxtalaşdırılmasına xidmət edir.
Hər halda Lokşin hesab edir ki, Kremlin rusiyalıların narazılığını idarə etmək imkanları hələ də tükənməyib.
Bir dəqiqəliyə A.Navalının zəhərlənməsinin təfərrüatlarına varaq, bunu da Kremllə əlaqələndirirlər. Mattias Gebauer (14.09.20, Der Spiegel) zəhərlənmənin “Noviçok” döyüş təyinatlı əsəb-iflic maddəsinin artıq məlum formalarının modernləşdirilmiş variantı ilə törədildiyini qeyd edərək belə bir qənaətə gəlir ki, “zəhərin kimyəvi tərkibi nə qədər çox mürəkkəb, yeni və nadirdirsə, onu əldə etməyin yalnız Rusiya dövlət aparatının köməyi ilə mümkün olduğu bir o qədər çox ehtimal edilir”.
Lakin Kremlin qorxuları nədən ibarətdir ki, bu cür radikal tədbirə əl atmalı oldu? (belə hesab olunur ki, Navalnı uçuş zamanı təyyarədə ölməliydi) Bəlkə ondan ibarət idi ki, Qərbin Rusiya siyasətini işıqlandırmaq üçün ayırdığı bütün KİV məkanını yalnız iki fiqur tutur: Vladimir Putin və Aleksey Navalnı. Şəxsi ambisiyaları nəzərə alsaq, az ağlabatandır, ancaq istisna deyil.
Başqa bir versiyanı yoxlayaq: Navalnı Rusiya liderinin Axilles dabanını tutmuşdu – o, Uralın arxasınca uzanır və Vahid Rusiyanın hakimiyyəti altında olsa da öz həyatını yaşayan, görünür ki, həmin diyarlarda nominal ada çevrilən Mərkəzlə, Moskva ilə əlaqəsi olmayan əraziləri əhatə edir.
Moskvanın 6 min kilometrliyində Xabarovskda həbs olunmuş qubernatorun qayıtması üçün etirazlar artır. Onu dünya ancaq fenomenal miqyasına görə tanıyır. Amma bu gün kim xatırlayır ki, RF Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumda Nenets Muxtar Dairəsi eleyhinə çıxış edib: seçicilərin 55,25% - i “yox”cavabını verib. Belə qənaətə gəlmək olarmı ki, Moskva Navalnı müxalifətinin can atdığı regionlarda yaranmış vəziyyətlə bağlı ciddi narahatlığa başlayır? Bu, tezliklə qanunvericilik və icra hakimiyyətinə çıxışdan məhrum olan digər partiyaların bundan nümunə götürəcəyinə səbəb olmayacaqmı?
Əlbəttə, bundan öncə öz namizədlərinin seçilməsinə nail olmaq üçün çox işlər görülməlidir. Əgər siyasi dəyişikliklər yalnız “aşağı”dan hərəkətlə mümkündürsə, faktlar bu qaydanı təsdiq edir ki, Navalnının bu təşəbbüsünü (doğrudur, uğurun müxtəlif dərəcəsilə) Rusiyanın bir çox siyasi oyunçuları təqlid edəcəklər.
Ola bilsin ki, bundan (Ural dağlarından keçid) ötrü siyasi məkanın transformasiyası, partiyaların birləşməsi və iriləşdirilməsi, müxtəlif siyasi üstünlüklərə malik partiyaların müvəqqəti koalisiyalarının yaradılması baş verməlidir. Bu proseslər nisbətən uzun müddətdir ki, Avropa ölkələrində gedir, koalisiya idarəçiliyi az qala normaya çevrilir.
Nəzərə alsaq ki, MDB avtoritar ölkələrində səsvermələrdə real olaraq 25-40 seçici iştirak edir, yeni siyasi qüvvələrin başlıca vəzifəsi bu gün hakimiyyət tərəfindən səsvermə nəticələrinin ən miqyaslı saxtalaşdırılmasının əsasını təşkil edən itirilmiş elektoratı cəlb etməkdir.
Bir çox analitiklər ehtimal edirlər ki, Rusiya kimi nəhəng ölkənin bütün ərazilər və federal qurumlar üçün vahid universal daxili siyasətdən imtina etməsi lazımdır. Real mərkəzsizləşməni tətbiq edərək regional və yerli qanunların praktikasına müraciət etmək lazımdır.
Nəhayət, məqalənin əvvəlində verilən suallara qayıdaq:
A.Navalnının seçki texnologiyası sonuncu olacaqmı və bundan sonra Qərb ümumilikdə avtoritar postsovet dövlətlərinin texnologiyalarına öz münasibətinə yenidən baxmalı olacaqmı? “Seçkidən öncə seçkidə qələbə” dəmir-beton texnologiyası ilə mübarizədə panzəhər kimi nə təklif oluna bilər?
Belə görünür ki, birinci suala müsbət cavab vermək mümkündür. Bu, tam aydın olmasa da Moskva və Brüssel arasında manevr etməkdən məhrum olan, Rusiyaya son “stavka”ya əl atan Belarus hakimiyyətinə münasibətdə qiymətləndirmələrdə və hərəkətlərdə görünməyə başlayır. Əgər düşünsək, Rusiya ilə Belarusun bugünkü birliyi təkcə bu ölkələrdə deyil, digər MDB ölkələrində də avtoritar idarəçiliyin uzadılmasının son mümkün texnologiyasıdır. Onun gələcəyi tamamilə proqnozlaşdırılandır, çünki dövlətlər yox, onların bugünkü iki lideri birləşir.
Hələ MDB ölkələrində avtoritarizmin bərpasının ilk vaxtlarında onların müxalifəti seçkilərin BMT və ya hər hansı digər müstəqil beynəlxalq təşkilatın himayəsi altında keçirilməsini tələb edirdi. Bu gün belə tələblər, demək olar ki, səslənmir və bu, həm iqtidarın, həm də müxalifətin siyasi potensialının eyni dərəcədə tükənməsinin narahatedici əlamətidir.
Panzəhər yaratmaq üçün ilk növbədə onun istehsalçısını yaratmaq lazımdır.
Rəy yaz