Açıq mənbələrdən foto
Hazırda davam edən koronavirus pandemiyasına qarşı mübarizənin, ondan irəli gələn xərlərin, eləcə də zərərçəkən aztəminatlı təbəqəyə və biznesə dövlətin dəstəyi ilə bağlı ayırdığı paketin maliyyə tutumu barədə müxtəlif rəqəmlər səslənməkdədir. Odur ki, bu yazıda pamdemiyaya Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurub, zərərçəkənlərə dövlət dəstəyin nə qədər oliub suallarını araşdırmağa çalışacağıq.
Dünya Səhiyyə Təşkilatı COVİD 19-u qlobal pandemiya elan edəndən 8 gün sonra, 19 mart 2020-ci ildə Azərbaycan Respublikası prezidentinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı[1] imzalandı. Bu sərəncamda göstərilirdi ki, yuxarıda sadalanan sahələrdə koronavirusun mənfi təsilərininin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılsın.
Aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə[2] çıxış edən prezident İlham Əliyev bildirdi ki, “koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ancaq bundan artıq olacaq. Təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxınlarda Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrıldı. Bundan sonra da ilin sonunadək nə qədər lazımdırsa, hələ 150 milyon manatın ayrılması da nəzərdə tutulur. Bu, 2,5 milyard manatın içində deyil”.
Mayın 7-də Bakıda yeni tikilmiş modul tipli xəstəxananın açılışındakı çıxışında[3] Prezident ilham Əliyev qeyd edib ki, “insanların sağlamlığı və sosial rifahı birinci yerdədir. Məhz bu məqsədlə 3,5 milyard manat vəsait ayrıldı. Pandemiyadan ən çox ziyan çəkən sahələrdə işini itirən 700 minə yaxın vətəndaşın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən verilir. Bu məqsədlə 600 min işsiz, aztəminatlı və qeyri-formal məşğulluqla pul qazanan insanlar dövlət tərəfindən maddi yardımla təmin edilir.”.
Həmin gün vitse-prezident Mehriban Əliyeva Covid-19-un hazırkı vəziyyəti ilə bağlı fikirlərini xalqa müraciət formasında[4] bölüşərkən kiçik və orta biznesə dəstək, habelə əhaliyə sosial yardım məqsədilə dövlət tərəfindən dəyəri 3 milyard manatdan çox olan proqram paketləri hazırlanıb həyata keçirildiyini qeyd etmişdir.
İyunun 1-də Asiya İnkişaf Bankının rəhbərliyinin təşəbbüsü ilə keçirilən videokonfransda prezident İlham Əliyev deyib ki, “iqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizliyi, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan (3,8 milyard manatda) çox vəsait ayırmışıq”.
Göründüyü kimi, coronavirus pandemiyası ilə mübarizə üçün ayrılan vəsaitin məbləğinə dair mətbuatda müxtəlif fikirlər (2,5 milyard manatdan 3,8 milyard manatadək) yer alıb. Qeyd edim ki, bu məqsədlə müxtəlif mənbələrdən vəsait ayrılır. Onlar arasında öndə gələn 2020-ci ilin dövlət büdcə vəsaitləridir. Bununla əlaqədar olaraq, iyunun 2-də yerli mətbuata verdiyi müsahibəsində maliyyə naziri bildirib[5] ki, “əsas xərclər səhiyyə sahəsinə yönəldilib ki, bu da başa düşüləndir. Hazırda bu sahədə dövlət tərəfindən böyük addımlar atılır. Belə ki, karantin rejimin həyata keçirilməsi, həkimlərin bu məsələlərə hazırlanması, xəstələrin müalicəsi, müvafiq dərmanların, ləvazimatların alınması, o cümlədən karantinə camaatın yerləşdirilməsi və onların karantində saxlanılması xərc tələb edir. Bu xərclər heç şübhəsiz dövlət büdcəsində nəzərə alınmamışdı. Amma xərclərin prioritetliyinə yenidən baxaraq biz bu xərclərin maliyyə təminatını artıq təmin etmişik. digər tərəfdən ölkə prezidentinin imzaladığı sərəncama əsasən 1 milyard manat məbləğində vəsait pandemiyanın iqtisadiyyata göstərdiyi mənfi təsirin aradan qaldırılmasına yönəldilib. O cümlədən, bu yaxınlarda 533 milyon manat vəsait iqtisadiyyatın müxtəlif sektorlarına verilib. Bu vəsaitlər ilk növbədə kiçik, orta və mikro sahibkarlara təmənnasız yardıma yönəldilib. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də yardımların həyata keçirilməsi üçün müəyyən vəsait köçürülüb”.
Maliyyə nazirinin istinad etdiyi 533 milyon manat 21 may 2020-ci il tarixə dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsaitin həcmini ifadə edir. Bu barədə Nazirliyin yaydığı məlumatda bildirilir[6] ki, 19 may 2020-ci il tarixinə 2020-ci il dövlət büdcəsinin xərclərində koronoavirus pandemiyası ilə bağlı nəzərdə tutulmuş vəsaitdən müxtəlif sahələri əhatə etməklə, 533 mln. 257 min manat ayrılaraq maliyyələşməsi təmin olunub. Nazirlər Kabineti Prezidentin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının icrası ilə bağlı Tədbirlər Planı”[7]nın (bundan sonra-Tədbirlər Planı) iqtisadi artıma və sahibkarlığa dəstək istiqaməti üzrə bir neçə sahənin maliyyələşdirilməsi həyata keçirilir. Ümumilikdə, qeyd edilən istiqamətlər üzrə İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında 159 mln. 757 min manat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu məqsədlər üçün nəzərdə tutulmuş büdcə xərclərinin 244 mln. manatlıq hissəsi köçürülüb. Göründüyü kimi bəyan edilən məbləğlərlə müqayisədə xərclənən vəsaitin həsmi 20-25 faiz təşkil edir. Bunu 4 aprel 2020-ci ildə Nazirlər Kabineti Prezidentin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının icrası ilə bağlı Tədbirlər Planı” nəzərdə tutulan fəaliyyətlərin icrası ilə bağlı hazırlanmış cədvəl məlumatlarından da görmək mümkündür. Cədvəlin nəzərdə tutulan məlumatları 04 aprel 2020-ci il tarixində təsdiq edilmiş Tədbirlər Planı[8], faktiki məlumatları isə 07 iyun 2020-ci tarixinə İqtisadiyyat Nazirliyinin[9] və Maliyyə Nazirliyinin[10] məlumatları əsasında tərtib edilmişdir.
Cədvəl 1. Tədbirlər Planı üzrə dövlət büdcəsindən maliyyələşməsi nəzərdə tutulan və faktiki xərcləmələrin müqayisəsi
Tədbirlər Planı üzrə | Kənarlaşma,+ artım, - azalma | |||||
Nəzərdə tutulan əhatə dairəsi, nəfərlə | Faktiki əhatə dairəsi, min nəfərlə | Nəzərdə tutulankompensasiya, məbləğli, mln.manatla | Faktiki xərclənən kompensasiya, məbləğli, mln. manatla | Saya görə,nəfərlə | Məbləğə görə, mln. manatla | |
Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi | 300 000 | 208 799 | 215 | 95,77 | -91 201 | -119,23 |
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi | 300 000 | 106 771 | 80 | 61,54 | -193 229 | - 18,46 |
Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitlərin ayrılması | - | 50 | 35 | -15 | ||
Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcminin artırılması | - | 90 | 40 | -50 | ||
Həyati vacib sərnişindaşıma sahəsinə maliyyə dəstəyinin verilməsi | - | 280 | 89,5 | -190,5 | ||
Haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi | 50 | 30 | 15 | -15 | ||
Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi | 200 | 600 | 70 | 229 | +400 | +159 |
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi | 40 | |||||
Əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılması | 10 | |||||
Cəmi | 865 | 565,81 | -299,19 |
Mənbə: Nazirlər Kabineti, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi
Cədvəl məlumatlarından göründüyü kimi, Tədbirlər Planı üzrə maliyyələşməsi dövlət büdcəsindən nəzərdə tutualan vəsaitlərin həcmi 865 milyon manat olmuşdur ki, onun 07 iyun 2020-ci il tarixinə 65,4 faizi xərclənmişdir. Bu dövrə qalıq vəsaitlərin həcmi 299,19 milyon manat təşkil etmişdir. Tədbirlər Planında nəzərdə tutulmuş fəaliyyətlərin icrası zamanı dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi maddəsi üzrə xərclənmə məbləği işsizlərin sayının nəzərdə tutlandan 2 dəfə çox olması ilə əlaqədar olaraq 159 milyon manat artıq olmuşdur. Qeyd edim ki, bu istiqamətdə nəzərdə tutulandan 3,27 dəfə artıq xərcləmə olmasına baxmayaraq, yenə də ayrılmış vəsait işsizlərin hamısının ehtiyaclarını ödəməmişdir. Belə ki, bu yardımı əldə etmək üçün müraciət edən 635 min nəfərdən çox işsiz şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən[11] imtina cavabı verilmişdir. ƏƏSMN naziri bunu işsizlərin aztəminatlılar qrupuna aid olmaması ilə izah etmişdir. Halbuki, Tədbirlər Planında aydın şəkildə bu vəsaitin Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə ödənilməsi nəzərdə tutulmuşdu.
Tədbirlər Planının icrası zamanı ən böyük qalıq məbləğinə gəlincə, həyati vacib sərnişindaşıma sahəsinə maliyyə dəstəyinin verilməsi üçün ayrılmış 280 milyon manat vəsaitin 31,9 faizinin xərclənməsinə görə bu maddə üzrə 190,5 milyon manat olmuşdur. Bununla yanaşı, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi 215 milyon manatın faktiki olaraq 95,77 milyon manatı və ya 44,5 faizi, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün nəzərdə tutulmuş 80 milyon manatın faktiki olaraq 61,54 milyon manatı və ya 76,9 faizi xərclənib.
Bundan əlavə Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planında digər mənbələrdən maliyyələşməsi nəzərdə tutulan kompensasiya məbləğləri də təyin edilmişdir. Həmin məbləğlər istiqamətlər üzrə aşağıdakı 2-ci cədvəldə təqdim olunur.
Cədvəl 2. Tədbirlər Planı üzrə digər mənbələrdən maliyyələşməsi nəzərdə tutulan xərcləmələr
Əhatə dairəsi, min nəfərlə | Maliyyələşməsi digər mənbələrdən nəzərdə tutulan, mln. manatla | ||
İşsizliyin sığorta fondu (İSF), Dövlət Sosial Müdafiə Fondu (DSMF), Mənbəyi məlum deyildir (MMD) | İcra vəziyyəti | ||
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin (o cümlədən kiçik və orta sahibkarlığın) 2020-ci il 10 mart tarixinə 1 mlrd.manat həcmində mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması | 50 (MMD) | ||
İşsizlikdən Sığorta Fondu, BMT İnkişaf Proqramı və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi | 11 | 70 (İSF) | |
İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və proaktiv təyinat mexanizminin yaradılmas | 20 | 20 (İSF) | |
İşsizlikdən sığorta ödənişi bitmiş, lakin işlə təmin olunmamış şəxslərə və peşə hazırlığı kurslarında fasilə yaranmış müdavimlərinə xüsusi karantin rejimi dövründə sığorta ödənişinin və təqaüdlərin davam etdirilməsi, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramının təkmilləşdirilməsi | 2 | 0,6 (İSF) | |
Sosial sığorta haqlarının azalması şəraitində kəsirinin bağlanması və əhaliyə sosial ödənişlərin (pensiya və müavinətlər) davamlılığının təmin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 mln manat ehtiyatının istifadə olunmasıdekabr | 200 (DSMF) | ||
Ünvanlı dövlət sosial yardımı xüsusi karantin rejimi dövründə bitən ailələrə (şəxslərə) yardımın verilməsinin xüsusi karantin rejimi bitənədək davam etdirilməsi və bu dövrdə ünvanlı dövlət sosial yardımının təyinatının sadələşdirilməsi | 62 | 3 (DSMF) | |
Cəmi | 343,6 |
Mənbə: 4 aprel 2020-ci ildə Nazirlər Kabineti Prezidentin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının icrası ilə bağlı Tədbirlər Planı
Cədvəl məlumatlarından göründüyü kimi 95 min aztəminatlı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün Dövlət Sosial Müdafiə Fondunun, İşsizliyin Sığortası Fondunun və digər mənbələrin hesabına əlavə olaraq 343,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Lakin, Dövlət Sosial Müdafiə Fondunun və İşsizliyin Sığortası Fondunun 2020-ci il üçün büdcəsinin icrasına dair məlumatlar açıqlanmadığına görə nəzərdə tutulan vəsaitlərin faktiki xərclənmə səviyyəsini müəyyənləşdirmək mümkün olmamışdır.
Əlavə olaraq qeyd etmək istərdim ki, bütün bunlardan əlavə, Prezident İlham Əliyev “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” 09 aprel tarixli sərəncamı[12] ilə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb. Bundan əlavə 07 aprel 2020-ci il tarixili “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” prezident sərəncamına[13] əsasən, ölkə üzrə 6 modul tipli xəstəxana inşa edilməsi üçün dövlət büdcəsindən 14,8 milyon manat vəsait ayrılıb. Göründüyü kimi, faktiki olaraq bütün mənbələr hesabına pandemiyanın təsirlərinin aradan qaldırılmasına və dəstək proqramlarının maliyyələşməsinə ayrılan məbləğlərin cəmi 1 milyard manata belə çatmır. Əlavə olaraq, pandemiyanın iqtisadiyyata vurduğu zərərlərə gəlincə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, koronavirus pandemiyası ölkə iqtisadiyyatına böyük məbləğdə ziyan vurur. Bu rəqəmləri tam müfəssəl formada hesablamaq çətindir. Gündəlik itkilər təqribən 120-150 milyon manatdır[14]. Bununla iqtisadiyyatın mümkün qədər tez açılmasını əsaslandıran nazir iqtisadiyyat tam işə düşdükdən sonra dəyən ziyanın cəmi məbləği barədə açıqlama verməyib. Lakin, qonşu Gürcüstan maliyyə nazirinin müavini Giorgi Kakauridze parlamentdə komitə iclasında bildirib ki, “ölkəsi koronavirus pandemiyasına görə 588 milyon ABŞ dolları çox zərərlə üzləşib”[15].
Qubad İbadoğlu
[1] https://president.az/articles/36228
[2] https://president.az/articles/36526
[3] https://apa.az/az/sosial_xeberler/Bakida-modul-tipli-ilk-xstxana-kompleksi-acilib-colorredFOTOcolor-colorredYENILNIBcolor-585466
[4] https://mehriban-aliyeva.az/news/node/848331
[5] https://report.az/maliyye/budce-xerclerinin-teyinati-prioritetler-uzre-deyisdirilib/
[6] http://maliyye.gov.az/news/5459/pandemiyadan-zerer-cekmis-sahelere-dovlet-budcesinden-533-milyon-manatdan-cox-maliyye-desteyi-gosterilib
[7] https://cabmin.gov.az/az/document/4367/
[8] https://cabmin.gov.az/az/document/4367/
[9] http://maliyye.gov.az/news/5459/pandemiyadan-zerer-cekmis-sahelere-dovlet-budcesinden-533-milyon-manatdan-cox-maliyye-desteyi-gosterilib
[10] https://www.economy.gov.az/article/koronavirus-covi-d-19-pandemiyasindan-zerer-chekmish-sahibkarlara-dovlet-maliyye-desteyinin-gosterilmesi-davam-etdirilir5/30968
[11] https://apa.az/az/sosial_xeberler/Sahil-Babayev-Birdflik-odm-alanlardan-8-faizi-20-yasa-qdr-olanlardir-585208
[12] https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_koronavirusla_mubarizenin_guclendirilmesi_meqsedile_97_milyon_manat_ayirib-1458425
[13] https://apa.az/az/sosial_xeberler/Koronavirusa-gor-modul-tipli-6-xstxana-qurasdirilacaq-Prezident-bu-mqsdl-148-milyon-manat-ayirib-580358
[14] https://vergiler.az/news/news/8283.html
[15] https://report.az/region/gurcustan-pandemiyaya-gore-588-milyon-dollar-itirib/
Rəy yaz