president.pl
Çox da əhəmiyyətli olmayan bir neçə sənəd imzalanıb (fitosanitariya sahəsində əməkdaşlıq haqqında, kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında və məxfi məlumat mübadiləsi haqqında). 2017-ci ildə prezident Əliyevin Polşaya səfəri zamanı Polşa və Azərbaycan arasında strateji tərəfdaşlığın və iqtisadi əməkdaşlığın yol xəritəsi imzalanmışdı. Amma bu qədər böyük tələb olduğu halda, yüksək səviyyədə ikitərəfli münasibətlərin intensivliyi prezident Lex Kaçinskinin dövründə (2005-2010 illər) olan dinamikaya çatmayıb. Baxmayaraq ki, dialoqun fəal və yaradıcı olacağı planlaşdırılırdı.
Amma ikitərəfli ticarət dövriyyəsindən göründüyü kimi, ölkələr arasında münasibətlər müntəzəm olub və prezidentlərin 2017-ci ildə Əliyevin Polşaya səfəri zamanı müəyyən etdiyi yüksəkliyə çata bilməzdi. Həmin vaxt prezidentlər 100 mln. dollarlıq ticarət dövriyyəsini qeyri-kafi hesab etmişdilər, amma 2018-ci ilin yekunlarına görə bu rəqəm cəmi 4 mln. artıb, bu zaman Azərbaycandan fındıq, pomidor və propilen ixracı 9,3% azalaraq, 7,9 mln. dollarlıq nəticə göstərib, Polşadan şokolad, uşaq qidası və kombayn ixracı isə 39,1% artıb və 96.1 mln. dollara çatıb.
Maraqlıdır ki, Azərbaycan tərəfi Polşa prezidentinin səfərini çox qıt işıqlandırır - anons verilməyib, danışıqlar haqqında operativ məlumat, tərəflərin mətbuat üçün bəyanatları yoxdur. 19-20-ci əsrlərin qovuşuğunda birinci neft bumu dövründə məşhur memarlıq Bakıda abidələri tikmiş Polşa memarlarının şərəfinə barelyefin açılışına böyük diqqət yetirilib.
Polşa tərəfi prezident Dudanın Azərbaycana səfər planları ilə bağlı daha açıq davranıb. Polşa prezidentinin saytı bildirib ki, "Polşa prezidenti Andjey Duda cümə axşamı Azərbaycana rəsmi səfərə yola düşür, burada o, nəqliyyat, infrastruktur, ticarət və energetika sahəsində əməkdaşlığı müzakirə etmək üçün Azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək".
Prezident Dudanın baş köməkçisi Kşiştof Şerski deyib ki, ikitərəfli əməkdaşlığın əsas istiqamətləri Aİ-nin qarşılıqlı fəaliyyət haqqında daha geniş kontekstinin bir hissəsi olan və yeni transkontinental Ukrayna, Azərbaycan, Gürcüstan, İran və Rusiya dəmir yolları layihəsi olan, dəmiryolu yüklərinin Aİ-dən Ukrayna, Gürcüstan, Azərbaycan və İran vasitəsilə Hindistana daşınmasına yönəlmiş Cənub-Qərb nəqliyyat dəhlizinə yardıdır.
Polyaklar Polşanın İnvestisiya və Ticarət Agentliyi (PAIH), həmçinin Polşa və Azərbaycan şirkətləri tərəfindən hazırlanmış biznes müqavilələrinin imzalanacağının da anonusnu vermişdilər.
Azərbaycan diplomatiyasının Polşa istiqamətində addımlarının ehtiyatlılığını Rusiya amili, xüsusən Varşava və Moskva arasında heç də yaxşı olmayan münasibətlər diktə edib.
Bu ilin aprelində TASS qeyd edirdi ki, "Rusiya və Polşa münasibətləri son illər çox pis səviyyədədir. Dövlətlər arasında əlaqələrin əksəriyyəti dayandırılıb. Polşa hakimiyyəti son beş ildir Rusiyanın ünvanına tənqidlə çıxş edir (Rusiyanın ünvanına müstəsna olaraq tənqidi iradlar səsləndirir).
Rusiya-Polşa münasibətlərinin hazırki səviyyəsini nəzərə alaraq, Azərbaycan və Polşanın Kaçinskinin dövrünə qayıtmasını, çətin ki, gözləmək olsun. Həmin vaxt tərəflər arasında real intensiv dialoq var idi (Əliyevin Polşaya 5 və Kaçinskinin Azərbaycana 3 səfəri). Həm də bir halda ki, Polşa öz ərazisində NATO-nun ön xəttinin gücləndirilməsi strategiyası hazırlayır, Amerika bazasının qurulmasına ciddi yanaşır, Azərbaycan isə, Aİ ilə strateji sazişin imzalanmasının qeyri-müəyyən müddətə təxirə salınmasından göründüyü kimi, Avropa tərəfdaşlığından uzaqlaşır.
Tərəflərin belə fərqli xarici siyasət baxışları və təhdidləri fərqli anlaması taktik planda Polşa-Azərbaycan əməkdaşlığının intensivləşməsinin şahidi ola biləcəyimiz ehtimalının çox kiçik olmasına səbəb olur.
Rəy yaz