mod.gov.az

mod.gov.az

İlk dəfə olaraq Ermənistan manevrlərə ölkə parlamentinin Azərbaycana qarşı şərti müharibə elan etməsi ilə başlayıb. Öz növbəsində, Azərbaycan ilk dəfə olaraq bildirib ki, sentyabr manevrlərinin məqsədi Ermənistanın Azərbaycan ərazilərini işğal etmiş hərbi hissələrinin dağıdılmasıdır.

Hər iki tərəf manevrlərin planlaşdırılması zamanı qarşıya qoyulmuş bütün məqsəd və vəzifələrin uğurla yerinə yetirildiyi barədə raport veriblər. Ermənistan manevrlər zamanı Azərbaycan silahlı birləşmələrinin dağıdıldığını, Azərbaycan isə, müvafiq olaraq, erməni birləşmələrini dağıdıb. Manevrlər zamanı hər iki tərəf bildirib ki, atışlar döyüş xarakteri daşıyıb.

15 sentyabr 2018-ci il tarixində Türkiyə-Azərbaycan birgə qüvvələri tərəfindən Bakının bolşevik-erməni qoşunlarından azad edilməsinin 100 illiyinə həsr edilmiş hərbi paradda Türkiyə prezidenti R.Erdoğan iştirak edib. Türkiyə lideri tribunadan bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığı sarsılmazdır və "Qarabağ problemi ədalətli şəkildə həll olunana qədər Türkiyə-Ermənistan sərhədinin açılmasından söhbət belə gedə bilməz"...

Hərbi manevrlər və münaqişə tərəflərinin hazırlıqları Ermənistanın yeni lideri Paşinyan tərəfindən başladılmış əvvəllər görülməmiş emosional söz dueli ilə müşaiyət olunub. Paşinyan, göründüyü qədər, hələ də inqilabi eyforiya ehval-rühiyyəsində qalmaqda davam edir.

Paşinyan hakimiyyətə gələn kimi dərhal bildirib ki:

- heç bir nəticə verməyən danışıqlardan imtina edir;

- danışıqlar prosesində Qarabağ da iştirak etməlidir;

- Ermənistan Azərbaycanı tar-mar edəcək, belə ki, indi bu, tamamilə başqa - birliyi olan ölkədir, bütün dünyada erməni diasporası onu fəal şəkildə dəstəkləyəcək;

- tərəddüd etmədən, Qarabağı Ermənistana birləşdirməyin vaxtı çatıb.

Azərbaycan prezidenti İlham Əliyevin cavabı da gecikməyib:

- "Müharibə hələ bitməyib";

- "Tezliklə Qarabağ üzərində Azərbaycan bayrağı dalğalanacaq" və

- "Yaxşı olardı ki, Paşinyan sakitləşib yerinə otursun, yoxsa lazımi cavabı alacaq".

Daha sonra hər iki lider öz oğullarını orduda həqiq hərbi xidmətə göndərdi - elitanın əvvəllər əlindən gəldiyi kimi övladlarını orduya çağırışdan azad etməyə çalışdığı bu ölkələr üçün görünməmiş hadisədir.

2018-ci ildə neft gəlirlərinin artdığı dövrdə Azərbaycan ordusunun yenidən silahlandırılması üzrə yeni proqrama başlayıb. Sentyabrın 18-də Biləsuvar rayon sakinləri ilə görüşdə İ.Əliyev deyib: "Ordumuzu gücləndirməyə davam edəcəyik, orduya daha çox vəsait ayıracağıq və onun müdafiə qabiliyyətini hər yolla gücləndirəcəyik".

Maraqlıdır ki, keçmiş kiçik və böyük böhranlardan fərqli olaraq, beynəlxalq vasitəçilər Ermənistan və Azərbaycan ştabçılarının hazırki gərginliyinə münasibət bildirməyib. ATƏT-in Minsk Qrupunun həmsədrlərigərginliyə son qoymaq məqsədilə tərəflərin əməllərinə, demək olar ki, reaksiya vermədi.

Bununla əlaqədar İsrailin müdafiə nazirinin (13-18 sentyabr) səfərini qeyd etmək lazımdır. O, beş gün Bakıda qaldı, Azərbaycan prezidenti və müdafiə naziri ilə ölkələr arasında hərbi əməkdaşlığın genişləndirilməsi haqqında, o cümlədən Azərbaycana İsrailin yüksək texnoloji silahların satışı haqqında danışıqlar apardı. Detaly.co.il-in məlumatına görə, "2017-ci ildə İsrailin silah ixracının həcmi 9,1 mlrd. dollara çatıb. İsrailin silah ixracının 13%-i Azərbaycanın payına düşür.

Sentyabrın 27-də isə RF prezidenti V.Putin Azərbaycana səfər edib. O, prezident İ.Əliyevin Soçi səfərində müəyyən edilmiş qarşıda duran altı il üçün Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının genişləndirilməsi kursunu davam etdirib. Əməkdaşlığın hərbi aspekti haqqında açıq heç nə deyilməyib. Amma qeyd etmək lazımdır ki, Putinin səfəri Bakıda keçirilən müdafiə sərgisi ilə eyni vaxta təsadüf edib, burada Rusiya istehsalçıları öz silahlarını təqdim ediblər və o, gələcəkdə Rusiya silahlarının ixracı perspektivlərini müzakirə etməyə bilməzdi.

Bütün bu manevrlər, paradlar, söz duelləri və xarici liderlərin regiona səfərləri müşahidəçilərə münaqişə zonasında müəyyən geniş miqyaslı hadisələrin xəbərçisi kimi görünə bilər. Yerevan və Bakının son bəyanatlarından da görünür ki, münaqişə tərəfləri qələbə ilə nəticələnənə qədər böyük müharibəyə həm psixoloji, həm də maddi cəhətdən hazır olduqlarını düşünürlər.

Amma, belə bir müharibə ehtimalı nə dərəcədə ciddidir?

Ermənistan irimiqyaslı müharibə istəmir, onu hazırki status quo tamamilə qane edir.

Rusiya belə bir müharibə istəmir, çünki hər iki münaqişə tərəfinin Rusiyanın dəstəyindən asılı olmasına səbəb olan hazırki status quo onu da tamamilə qane edir.

Qərb də belə bir müharibənin tərəfdarı deyil, çünki o, Xəzərdə enerji resurslarının hasilatına və nəqlinə və digər mövcud və gələcək layihələrə yatırılmış çoxmilyardlıq investisiyalara ziyan vura bilər.

"Azadlıq müharibəsi" yalnız Azərbaycan üçün arzu olunandır, amma hətta böyük müharibəyə hazırlıq mərhələsində belə Bakı böyük ehtimalla nüfuzlu dünya "sülhməramlı alyansı" ilə qarşı-qarşıya gələcək.

Belə bir müharibə Azərbaycan üçün ölkələrin və ya alyansların - münaqişənin moderatorlarının maraqları təmin edildiyi halda baş verə biləcək "sülhməramlı" alyans zəifləyəcəyi təqdirdə nəticə verə bilər. Bu ölkələr və ya alyanslar Azərbaycanda fəallığı artırır, burada neft-qaz, hərbi və digər milyardlıq layihələr ətrafında sövdələşmələr dönür, doğru bölgü aparılarsa, onlar Bakı üçün üstünlüyə və onun təhlükəsizlik çətirinə çevrilə bilər.

Ermənistanın şərti deyil, real düşmən göstərməklə oynadığı hərbi oyunlar belə olan vəziyyətdə qərargah proqramları olaraq qalacaq, Ermənistan-Azərbaycan münaqişəsində "nə müharibə, nə sülh" statusu isə dağılmağa başlaya bilər. Azərbaycan Ermənistanın özünü sakit hiss etməsinə imkan verməmək üçün, çətin ki, düşmənlə təmas xəttində daimi gərginlik yaratmaqdan imtina etsin. Erməni əsgərləri başqasının ərazisində minalardan və snayperlərdən həlak olacaq. Ermənistanın iqtisadi, demoqrafik tənəzzülündən və onun regional təcridindən göründüyü qədər, erməni cəmiyyəti üçün bu status quo-ya dözmək asan olmayacaq.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti