Vladimir Zhirinovsky and Ilham Aliyev. Baku, 26 september 2014. prezident.az

Vladimir Zhirinovsky and Ilham Aliyev. Baku, 26 september 2014. prezident.az

Bu suala müsbət cavab versək, Azərbaycan XİN-i və Prezident Aparatı İsfəndiyar Vahabzadənin Vladimir Jirinovski və rus xalqı barədə bəyanatından yaxasını kənara çəkməməli, bu demarşı vaxtilə Azərbaycan xalqını bir çobanın idarə etdiyi qoyun sürüsü adlandıran RLDP liderinin siyasətə gətirdiyi və ciddi cəhdlə tətbiq etdiyi yeni cərəyanla əlaqələndirməli idi.

Razılaşaq ki, “eşşəklər”, “donuzlar” və “qoyunlar” postsovet siyasətinə yuxarıdan daxil olan sifarişləri “bəzəmək” qabiliyyətinə malik olan Vladimir Volfoviçin gətirdiyi vahid zoolojı leksikona məxsusdur.

Avqustun əvvəlində Azərbaycan XİN-i Rusiyanın imperiyanın bütün ərazilərinə qayıtmalı olduğu deyən və Cənubi Qafqazı Moskvanın təsir zonası adlandıran Jirinovskinin fikirlərinə etiraz edib.

Jirinovskinin birbaşa nitqi həmişə olduğu kimi ədəbsizdir: ... biz Azərbaycanın əziz rəhbərini çağırıb təkbətəkdə deyirik: İlham, sənin atan dahi və müdrik adam idi – Heydər Əliyev. Çox yaxşı insan idi, onu tanıyırdım. Ona görə də, İlham, istədiyin ərazi səndə olacaq, ancaq heç bir rus əsgərinə heç kim hətta əyri baxa bilməz! Məni başa düşdün? O, gözəl anlayır ki, vəzifəsini itirir, orda diktaturadı, xeyli müxalif qüvvələr var. Bayden istəsə, onu orda iki həftəyə devirər. Yalnız biz onu xilas edə bilərik, Paşinyanı xilas etdiyimiz kimi”.

Nədən qəfil belə açıq tərbiyəsizlik? Nəyə görə Azərbaycan və Ermənistan rəhbərlərinin adları onların “xilasının” birgə kontekstində çəkilir? Bəlkə, Moskva Bakı və Yerevana təsir vasitələrini itirir (yaxud itirdiyini düşünür) və siyasi xuliqanlıq cəngavərinin köməyinə əl atır?!

Bir tərəfdən bu, həqiqətə uyğun görünmür, çünki Paşınyan faktiki olaraq dövlətçiliyin qalıqlarını məhv edərək və sərhədin demarkasiya və delimitasiyasını keçirməyə razılaşaraq, işğal edilən anklavlarla və Dağlıq Qarabağ məsələsi ilə bağlı güzəştə gedərək bütün  Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiya sərhədçilərinin dayaq məntəqələrini yerləşdirməyi, yəni sərhədin mühafizəsini Rusiyaya verməyi təklif edir.

Digər tərəfdən, Paşınyan getdikcə daha çox substantiv danışıqlara hazırlığı barədə danışır, görünür, bu danışıqlarda Moskva özünün dominant təsirini görmür.

Erməni politoloqları görüb ki, Paşınyanın sülhsevər ritorikası bir neçə dəfə, o cümlədən Şoyqu ilə görüşdə Azərbaycanla sərhədyanı böhranın güc yolu ilə həlli barədə bəyanat verən müdafiə naziri Arşak Karapetyanın bəyanatlarının intonasiyasına ziddir.

Onlar güman edir ki, erməni baş nazirin mövqeyi Azərbaycan tərəfindən zəiflik əlaməti kimi qəbul edilir, demokratiklik nümayişinin isə dünya ictimaiyyətinin davranışını və fikrini dəyişəcəyinə ümid cüzidir.


Paşinyan qeyd edir ki, Ermənistan Azərbaycanla sülh danışıqlarını bərpa etmək üçün təkliflər gözləyir və başqalarının ərazilərini fəth etmək və ya başqa təcavüzkar hərəkətlərə yol vermək niyyətində deyil. Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatını alqışlayır və həm yüksək, həm də ən yüksək səviyyədə sülh danışıqları prosesinə qayıtmağa hazırdır. Ancaq bu halda Rusiyanın Milli Yığıncağın kürəyi arxasında heç bir şeyin imzalanmayacağını bəyan edən R. Köçəryanı var.

Amma Azərbaycana qayıdaq. İlk dəfə olaraq RF Müdafiə Nazirliyi bir bəyanat yayaraq, əslində Azərbaycanın Qarabağda atəşkəs rejimini pozması faktını təsdiqlədi. Şübhəsiz ki, belə bir demarş Azərbaycan tərəfinin Rusiya sülhməramlılarını ermənilərə himayədarlıq, Dağlıq Qarabağın müdafiə ordusunun legitimliyini dəstəkləməsi və ermənilərin Qarabağda hərbi mövcudluğunu saxlaya bilməsi üçün şərait yaratması ilə bağlı ilkin (eyni zamanda ilk) ittihamı ilə bağlıdır. Yerli separatçılar Moskvanın pası ilə sülhməramlıların kontingentini gücləndirməyin zəruriliyindən danışmağa başlamadı?! Təsadüfi deyil ki, Bakının rəsmi iddiaları Rusiyanın müdafiə naziri Şoyqunun Ermənistanı "Rusiyanın Zaqafqaziyadakı əsas tərəfdaşı" adlandıraraq bu ölkəyə yeni silahlar tədarük etməyə başladığını elan etdiyi gün səsləndirildi. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında Rusiya kontingentinin Qarabağda müvəqqəti olaraq yerləşdiyinin vurğulanması diqqət çəkir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 11-də İran İslam Respublikasının səfiri Azərbaycanın XİN-ə dəvət edilib. Orada ona son vaxtlar İrana məxsus müxtəlif təyinatlı avtomobillərin "rəsmi Bakının icazəsi olmadan daim Azərbaycanın Qarabağ bölgəsinə girib-çıxması" ilə bağlı etiraz notası təqdim edilib. Beləliklə, görürük ki, Azərbaycanın siyasi subyektivliyinin güclənməsi strateji əhəmiyyət kəsb edir.

Rusiyalı politoloq Andrey Areşevin fikrincə, Azərbaycan Dağlıq Qarabağda rus sülhməramlılarının varlığını neytrallaşdırmaq və nüfuzdan salmaq üçün hər cür səy göstərir, eyni zamanda, informasiya əməliyyatı keçirir, İrəvanı Dağlıq Qarabağa silahlı qüvvələr köçürməkdə, sülhməramlıları isə fəaliyyətsizikdə ittiham edir. Bakının məqsədi, bu versiyaya görə, Dağlıq Qarabağda müəyyən bir gərginlik yaratmaqdır ki, bunun da rəsmi İrəvanın özünü ya rəsmi şəkildə, ya da qeyri-rəsmi şəkildə kənara çəkməsi şəraitində yalnız Bakı ilə Moskva arasında həyata keçirilməlidir. Bakı Moskva və İrəvana təzyiq göstərməklə sərhəd demarkasiyasını yaxınlaşdırır ki, bu da “keçmiş sovet sərhədlərinin tanınmasını nəzərdə tutan, lakin Bakı üçün ən əlverişli konfiqurasiyada olan bir sülh müqaviləsinin imzalanmasına yol açacaq.
Və deməliyəm ki, azərbaycanlılar bu məntiqlə kifayət qədər ardıcıl işləyirlər”, - deyə A.Areşev yekunlaşdırır. Əgər bu, doğrudursa, "Ermənistan rəhbərliyi axınla gedir və xarici siyasətin subyektivliyindən məhrum olaraq ona təklif olunan hər şeylə razılaşır" qənaətinə bir qədər etiraz edərək belə bir qətiyyəti alqışlamalıyıq. Əksinə, Ermənistanın Bakı ilə Moskva arasındakı münasibətlərini əngəlləmək, Azərbaycanın Gürcüstanla strateji əlaqələrini və Azərbaycan-Türkiyə-Gürcüstan tərəfdaşlığını pozmaq cəhdləri olduqca aşkardır:

"Qarabağ müharibəsində ermənilərin məğlubiyyəti türk oxunun güclənməsinə səbəb oldu, o, Acarıstanda Türkiyə iqtisadi ekspansiyası ilə başlayıb və azərbaycanlıların yaşadığı Kvemo-Kartli əyalətində davam edir, bu əyalətin demoqrafik siması isə gürcü vətənpərvərlərini narahat etməyə bilməz. Aralarındakı yeganə maneə əhalisi əsasən ermənilərdən ibarət olan və Tiflisə kifayət qədər loyal olan Cavaxetiyadır".

Erməni mətbuatı mütəmadi olaraq Azərbaycanın Şimali Kipri ​​tanıması mövzusunu müzakirə edir, Yunanıstan səfirinin Şuşaya səfər etmək qərarı diplomatik fənd kimi izah edilir, Gürcüstan və Ermənistanın Ərdoğanın təklif etdiyi altıtərəfli tərəfdaşlıq formatından imtina etməsi Cənubi Qafqazın iki "xristian ölkəsi”nin türk ilgəyinə qarşı gizli strateji əməkdaşlığının qurulması kimi görülür.

Aydın səbəblərə görə Bakı, Ankara və İslamabad arasında üçtərəfli əməkdaşlıq formatına xüsusi "diqqət" verilir və konkret məqsəd onu Hindistana qarşı qoymaqdır. Bu cür analitiklərin şedevrləri ilə tanış olmaq kifayətdir:

"İslam Əməkdaşlıq Təşkilatının Kəşmir münaqişəsi üzrə Koordinasiya Qrupunun üzvü olaraq Azərbaycan Pakistanın mövqeyindən çıxış edir və Hindistana qarşı açıq şəkildə düşmənçilik hərəkətlərinə yol verir. Qarabağ müharibəsi günlərində Hindistan rəhbərliyi Pakistan, Türkiyə və Azərbaycan ittifaqının onların da maraqlarını təhdid etdiyinə əmin ola bildi".

Əlbəttə ki, Azərbaycanın qarşılıqlı əlaqələrinin bütün deyilən problemləri, həqiqətən də, mövcuddur, amma bu qədər şişirdilmiş formada deyil. Belə ki, mayın sonunda Hindistan Xarici İşlər Nazirliyi Azərbaycanın Sünik və Geqarkunikdəki təcavüzünü pisləyən bəyanat yayaraq Bakını qoşunlarını Ermənistan ərazisindən dərhal çıxarmağa çağırdı. Və biz siyasi subyektivlik kontekstində bütün problemləri həll etmək üçün belə təngəgətirici xatırlatmalara görə minnətdar olmalıyıq.

Bununla bağlı  Prezident İ.Əliyevin CNN Türk-ə verdiyi müsahibə diqqət çəkir. O, tamamilə siyasi suverenlik və subyektivlik kontekstində qurulub, Azərbaycanın öz problemləri müstəqil həll etmək, dövrümüzün çağırışlarına və risklərinə cavab vermək qabiliyyətini vurğulayır.

Azərbaycan siyasi subyektivlik yoluna qədəm qoyan kimi, bu, ilk növbədə dövlətin  əsrlər boyu taleyin hökmü ilə dünyanın hər tərəfinə səpələnmiş keçmiş soydaşlara münasibətində özünü göstərməlidir. Onlara kömək etmək ölkənin müsbət imicini gücləndirməyin ən etibarlı yoludur. Bu gün Əfqanıstanın Herat şəhərində yaşayan, yaşadıqları ölkədə vəziyyət sabitləşənə qədər Azərbaycandan sığınacaq istəyən 16 min nəfərlik etnik azəri-türk (əfşar) icmasının yardıma ehtiyacı var. Siyasi subyektivliyə can atan Azərbaycan nə cavab verəcək???

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti