prepona.info

prepona.info

Ermənistanda keçirilmiş parlament seçkisinin (20.06) nəticələrini qətiyyətlə gərgin şəkildə gözləyirdilər və onların nəticələri hamını təəccübləndirdi: Vətəndaş Müqaviləsi 54 faiz yığıb, Köçəryanın bloku isə cəmi 21 faiz səs qazanıb. Düşünmək olar ki, Ermənistan sülhə səs verib, lakin vəziyyət bir çox halda seçicilərin əlacsızlığı ilə izah olunur və parlamentdəki üsyankar azlığı diqqətlə izləmək lazımdır. İyulun 8-də Paşinyan Moskvaya ilk xarici işgüzar səfərə gedib. Səfər  zamanı Putin xüsusilə vurğulayıb ki, "qalib tərəf xalqın etimadına malikdir və səmərəli işləməyə imkan verir".

ABŞ dövlət katibi Entoni Blinken Paşinyanla telefonla danışıb  (16.07) və qeyd edib ki, Vaşinqton ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həllinə yönəlmiş prosesini dəstəkləyir və

Ermənistanı bu xətt üzrə konstruktiv əməkdaşlığa çağırıb. Məsələnin davamlı və uzunmüddətli həllini tapmağa imkan verəcək sülh prosesinin dəqiq gündəliyinin işlənib hazırlanmasının vacibliyi xüsusilə vurğulanıb. Fransanın Ermənistandakı səfiri Conatan Lakot bildirib ki, Qarabağ münaqişəsi həll olunmayıb, ona görə də normallaşma yalnız Dağlıq Qarabağın statusunun qəti müəyyənləşdirilməsindən sonra mümkündür".

ATƏT-in Minsk Qrupuna dəstək üçün Brüsselin hansı konstruktiv rolu oynaya biləcəyini anlamaq üçün Avropa İttifaqının sədri münaqişə regionuna gedib.

Stanislav Tarasovun qiymətləndirməsinə görə (16.07), Rusiya ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ üzrə formatının dəyişməsinin mümkünlüyünü  istisna etmir və hesab edir ki, ABŞ və Fransanın bu istiqamətdə səyləri hələ tükənməyb, lakin bu qrupun gələcəyinin müəyyən olunmasında çətinlik çəkir.   Bununla yanaşı, rusiyalı politoloq iki və ya çox güman ki, üçtərəfli (AR, ER, RF) danışıqlar ssenarisinin işə salınacağı variantı istisna etmir. Yeni nizamlanma faktorları meydana çıxdığından “Minsk Qrupunun əvvəlki formatda fəaliyyətinə zərurət öz qüvvəsini itirir.  Moskva əvvəlkitək Dağlıq Qarabağın statusunun müzakirəsini "vaxtsız" hesab edir. Göründüyü kimi, əsas xarici oyunçular üçün münaqişə heç də bitməyib və Rusiya, ABŞ, Fransa və Almaniya səfirlərinin Şuşaya səfərlə bağlı Azərbaycanın  təklifindən imtinasına da məhz bu rakursdan baxmaq lazımdır.

Yaxın gələcək üçün problemlər yaranır: Ermənistan və Azərbaycan liderlərinin Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə birbaşa (və ya Rusiyanın vasitəçiliyilə) danışıqlarını, Yerevanla Bakı arasında sülh sazişinin imzalanacağını gözləmək olarmı? Ermənistanın xarici əlaqələr üzrə parlament komissiyasının sədri Ruben Rubinyan Dağlıq Qarabağın statusunun tanınmasını Azərbaycanla sülh sazişinin imzalanması üçün şərt adlandırıb  (01.07),  bundan öncə isə Paşinyan DQR-in beynəlxalq tanınmasını mütləq prioritet adlandırıb.

Bu arada kövrək atəşkəs kövrək vəziyyəti hərəkətə gəlib: mayın ortalarından Ermənistan-Azərbaycan sərhəddində münaqişə kəskinləşib. Ermənistan iddia edir ki, mayın 13-dən Azərbaycan hərbçiləri Sünik və Geqarkunik vilayətlərinin ərazisindədir. Azərbaycan hakimiyyəti təkid edir ki, sərhədçilər Laçın və Kəlbəcər rayonları hüdudları daxilində qalaraq, sadəcə, dislokasiyanı dəyişiblər.

İyulun 14-də Azərbaycan Müdafiə Nazirliyi Şuşa şəhəri yaxınlığında Azərbaycan mövqelərinin iki dəfə atəşə tutulduğunu bildirib. Nazirliyin məlumatına görə, atəşi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisi tərəfdən "qanunsuz erməni silahlı dəstələri" pulemyot və avtomatlardan açıblar. Ermənistan Azərbaycanın atəş barədə bəyanatını təkzib edib.

Ermənistan və Azərbaycan sistematik olaraq bir-biri təmas xəttində atəşdə ittiham edirlər. Belə ki, Bakı bildirib ki, iyulun 15-də günorta Ermənistan Silahlı Qüvvələrinin bölmələri Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Yerevan bildirir ki, iyulun 14-də səhər Azərbaycan Silahlı Qüvvələrinin Yerasx ərazisindəki  bölmələri mövqelərin irəliləməsi üçün mühəndis işləri aparmağa cəhd edib, erməni tərəfi düşməni bu hərəkətləri dayandırmağa məcbur etmək üçün tədbir görməli olub.   Azərbaycan hərbçiləri erməni mövqelərinə hədəf atəşi açıblar, nəticədə erməni hərbçi həlak olub.

Hərbi ekspert David Arutyunov qeyd edir ki, Naxçıvan-Yrasx sərhəd bölgələrində Rusiyanın iştirakı yoxdur və Azərbaycan yeni eskalasiya nöqtəsi yaratmaq istəyir.

"Azərbaycan hakimiyyətinin mövqeyi göstərir ki, onlar regional kommunikasiyaları açmaq istəmirlər və Ermənistanı blokadada saxlamaq niyyətindədirlər. Sülhsevər bəyanatlara zidd olaraq, Bakı regionda sülh proseslərini pozmaq üçün əlindən gələni edir, eyni zamanda özü bəyanat yayır ki, guya Ermənistan və Arsax sülhə və sərhədlərin müəyyənləşdirilməsinə qarşıdır ", - baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib (15.07.2021). O, Azərbaycanın Zəngəzur dəhlizi, komissiyanın işi ilə əlaqəsi olmayan bəyanatlarını, həmçinin 9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin necə reallaşması barədə üç ölkə liderinin bəyanatının (11 yanvar, Moskva) məzmununu anlaşılmaz hesab edir.

Bu arada Azərbaycan qarşılıqlı oyuna başlayır: əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, rəsmi Bakı da Ermənistanın sərhədlərinin pozulmazlığını şübhə altına alacaq. Azərbaycan öz tarixi torpaqlarının geri qaytarılması barədə cavab tələbi irəli sürür - AR prezidenti İlham Əliyev – "Azərbaycanın ötən əsrin əvvəllərində Ermənistana keçmiş Zəngəzur və İrəvana daha çox hüququ var, nəinki Ermənistanın”. Azərbaycan prezidenti Ermənistanın sülh müqaviləsini imzalamağa hazır olmadığını bildirib (14.07) və bu mövqeyi "böyük səhv" hesab edir. Çünki Ermənistanla münaqişə başa çatıb və ölkələr bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası işinə başlamalıdır. İyunun 25-də Əliyev Ermənistanla sülh sazişinin imzalanmasını Cənubi Qafqazda sülhün bərqərar olması üçün əsas şərt adlandırıb.

Göründüyü kimi, Parisin "neytrallığını" pozmağa və Vaşinqtonun mövqeyini dəyişməyə cəhd göstərilməklə, qarşılıqlı cavablar, ziddiyyətlər, iradlar siyasəti genişlənir.

İyunun 1-də Ermənistan baş nazirinin müavini Mger Qriqoryan bəyan edib ki, kommunikasiya komissiyası öz işini dayandırıb. Yanvarın 9-da yaradılmış işçi qrupun ən az fəallıq göstərən iştirakçısı Ermənistan olub. Bu qrup həmin vaxt  Moskvada Putin Əliyevi və Paşinyanı qəbul edərkən yaradılıb və onların hər üçü nəqliyyat dəhlizlərinin açılmasına dair saziş imzalayıblar. 

Nəqliyyat üzrə üçtərəfli işçi qrupu – noyabrın 10–da atəşin dayandırılması haqda bəyanatdan sonra Ermənistan və Azərbaycan arasında ictimaiyyətə məlum olan və Bakının əsas strateji prioritetini - Azərbaycanın materik hissəsilə onun anklavı Naxçıvan arasında (Ermənistan vasitəsilə) nəqliyyat əlaqəsi- əks etdirən yeganə rəsmi razılaşmadır.

Azərbaycan bildirib ki, qrup cəmi dörd görüş keçirib, sonuncu görüş martın 1-də videokonfrans formatında olub. Bu arada, qrupun gündəliyində duran əsas məsələ - Naxçıvanla əlaqə - iki tərəf arasındakı münasibətlərdə ağrılı nöqtələrdən biridir.

Yerevanın narazılığı birləşmənin "dəhliz" adlandırılması, həmçinin onun marşrutundan irəli gəlib. Qəsdən, ya yox, amma "dəhliz" terminindən istifadə Azərbaycanın Yerevanın rədd etdiyi marşrut üzərində müəyyən suverenliyini nəzərdə tutur. Cavab olaraq Ermənistanı Dağlıq Qarabağla birləşdirən "Laçın dəhlizi" problemi qaldırılır. İki tərəf arasında istənilən mümkün sülh sazişi güman ki, bu dəhlizin Ermənistan tərəfindən istifadəsini nəzərdə tutacaq, baxmayaraq ki, yola kimin və necə nəzarət edəcəyinin dəqiq xarakteri yekun olaraq müəyyənləşdirilməyib.

Ermənistan Azərbaycanın istədiyi marşrutdan (Mehri vasitəsilə) fərqli alternativ marşruta təkid edir. Yerevan İcevan vasitəsilə Ermnistanın şimalında və Qazax vasitəsilə Azərbaycanda  sovet dönəmində mövcud  dəmir yolunun bərpasına üstünlük verir. Bildirilir ki, mayın əvvəlində M.Qriqoryan bu marşrutu üçtərəfli işçi qrupuna təklif etməyə hazırlaşıb. Lakin Azərbaycan qoşunlarının Ermənistanın özününkü elan etdiyi  Ermənistanla cənub sərhəddi boyunca əraziyə irəliləməsindən sonra  iki tərəf arasındakı münasibətlərdə gərginlik kəskin şəkildə artmağa başlayıb. Erməni hərbi əsirlər və digər saxlanılanlarla (ermənilər iddia edirlər ki, onların sayı 200-ə yaxındır) bağlı problemlər,  həmçinin Bakının müxtəlif vaxtlarda ermənilər tərəfindən basdırılmış minaların xəritələrinin verilməsini tələb etməsilə sərhəddə gərginlik daha da artıb. 

"Dəhlizlər"  prosesi hər zaman qeyri-şəffaf olub və buna görə də hamıya bəlli sübutlara əsasən mülahizə yürütmək çətindir: Moskva yekun mövqe tutana qədər  Ermənistanın ləngiyirmi, yoxsa, sadəcə, qarşı tərəfə güzəştə getmək istəmir. Fevral ayında Əliyev nəzərdə tutulan Mehri marşrutunun Azərbaycan hissəsində dəmir yolunun təməlini qoyub, apreldə isə Ermənistan vaxtı uzatmağa davam edərsə, "dəhlizi güc yolu ilə açmaqla" hədələyib. Bakıdan həmçinin xəbərdarlıq gəlib ki, Azərbaycan Yerevanın hərəkətinə Laçın dəhlizinin bağlanması ilə reaksiya verə bilər.

Belə təəssürat yaranır ki, dünya real siyasət mərkəzləri Dağlıq Qarabağ münaqişəsinin yekun həlli problemilə ciddi məşğul olublar, əslində isə bu, həqiqətəuyğun deyil.  Hazırda dünya mərkəzlərinin diqqəti Əfqanıstanda cəmləşib, taliblərin artan təsiri Moskva, Ankara, Vaşinqton, Çin və Brüsselin əsas təhlükəsizlik probleminə çevrilir. Bizim "kiçik" münaqişə növbəti dəfə daha vacib problemlərin həllini gözləməlidir. Ancaq məsələ ondadır ki, gözlənilən mittelşpildən münaqişə tərəflərindən hansı və  necə istifadə edəcək. 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti