Meeting of the chief of the General Staff of the Russian Armed Forces, General of the army V. V. Gerasimov in Ankara (Turkey), 15.09.2016 (C) www.sabah.com.tr
Təbii ki, rəsmi məlumatlar müzakirə olunan məsələlər gündəliyi ilə bağlı çox az məqama aydınlıq gətirir, amma Ankaradakı görüşlərdə təkcə Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının gücləndirilməsindən deyil, həm də Bakıya qarşı istənilən təcavüzün birbaşa dəf edilməsi mexanizmlərindən də söhbət getdiyini təxmin etmək olar. Bu mexanizmlərin bir elementi də ölkəmizin ərazisində hərbi bazaların yerləşdirilməsi ola bilər. Keçirilmiş geniş miqyaslı təlimlərdən sonra Türkiyənin hərbi kontingentinin və silahlarının ölkəyə gətirilməsi ilə əlaqədar bu vəzifə xeyli asanlaşıb.
Azərbaycan XİN başçısının ikinci səfəri Türkiyədə alınmış bəzi dividentlərə söykənə bilərdi, amma aydındır ki, münaqişənin həlli prosesinin gələcək gedişatının yekun formulu V.Putin və T.Erdoğan arasında razılaşmalardan asılıdır və görünür, hələlik bu razılaşmalar başa çatmayıb. Bəlkə də ona görədir ki, C.Bayramov Moskvada danışıqların yekunlarına görə “münaqişənin nizamlanmasında irəliləyiş müşahidə olunmadığını” bəyan edib.
Lavrov konkret olaraq nə deyib? Aydındır ki, formatı dəyişdirməyə əl atmadan danışıqları fəallaşdırmaq lazımdır. Əlbəttə, buraya ermənilərin Qarabağın de-fakto hakimiyyətinin danışıqlar prosesinə cəlb edilməsi iddiaları da, amma, bəlkə də, Türkiyənin bu və ya digər formatda öz təsirini genişləndirmək iddiaları da daxildir. Qarabağ nizamlanması üzrə əldə edilmiş razılıqlar bazasının qorunub saxlanması haqqında sözlər yanıltmamalıdır, belə ki, məhz bu ifadə danışıqları imitasiyanı istisna edən substantiv prosesə çevirmədən, çıxılmaz nöqtəyə gətirib çıxarıb. Buna görə Bayramovun “danışıqlar prosesinin pozulması üçün edilən və ya buna xidmət edən bütün hərəkətlərin və bütün bəyanatların həm beynəlxalq ictimaiyyət, həm də ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən qınanması” tələbi cavabsız qalan çağırış kimi səslənib. Bu, nə vaxt olub? Olubsa, nəticələri nədir?! Bu zaman, məlumatlara inansaq, Bayramov böhran ərəfəsində (belə çıxır ki, Rusiyanın bundan əvvəlcədən xəbəri var idi) və bu günə qədər Ermənistana əhəmiyyətli hərbi göndərişlərə toxunmayıb. Bu arada, Lavrov dolayı yolla iyul qarşıdurmasının başlamasının təşəbbüskarına işarə etməyi belə unutmayıb, bununla da Moskvanın təcavüzkara silah verdiyini təsdiq edib. Amma, Rusiyanın ikili mövqeyi nə vaxta qədər davam edə bilər? Aydındır ki, bu, əsasən Ankara və Moskvanın münasibətlərindən asılı olacaq. Bununla əlaqədar Türkiyə mətbuatının (Cumhuriyet) bir sıra nəşrləri diqqət çəkir. Bu nəşrlərdə iki region dövlətinin bu və ya digər formatda əməkdaşlığı məsələləri təşviq edilir. Belə ki, Mehmet Ali Güller (21.07.20) hesab edir ki, Ermənistanın yeni hakimiyyəti yatır və ölkəsini Qərblə siyasi və iqtisadi ittifaqda görür, buna görə də, iyuldakı gərginliyin arxasında Rusiyanın deyil, vaxtilə “rəngli inqilaba” şərait yaradan və Yerevanı öz tərəfinə çəkməyə (diasporun köməyi ilə) çalışan ABŞ-ın dayandığı haqqında cürətli nəticə çıxarır. Və münaqişə bu planın həyata keçirilməsi üçün yaxşı bəhanə oldu: “Rusiya KTMT nizamnaməsinə uyğun olaraq Ermənistana yardım etsə, Paşinyan həm Azərbaycana, həm də Türkiyəyə qarşı mübarizədə uğurlu olacaq və bu uğurdan daxili siyasətdə istifadə edəcək. Rusiya Türkiyə ilə toqquşmamaq üçün problemə müdaxilə etməsə, Paşinyan ölkə ictimaiyyətini ABŞ-la qarşılıqlı əlaqələrin zərurətinə inandıra biləcək”. Türkiyəli jurnalist bir qədər sərbəst mülahizələrini Astana platformasının dirçəldilməsi ilə yekunlaşdırır, belə ki, Tehranın təklif etdiyi 3+3 (Rusiya, Türkiyə, İran) formulu Cənubi Qafqazın bütün problemlərini həll edəcək.
Milliyet qəzeti (Türkiyə, 19.08.20) daha da açıq yazır, nəşrə görə, Erdoğan və Putin “başqa dövlətlərin niyətini” nəzərə alaraq, iki ölkənin bir-biri ilə mənasız qarşıdurmasının baha başa gələcəyini dərk edir. Bu niyyətlər isə ondan ibarətdir ki, NATO-nun Balkanlarda, Qara Dənizdə, Qafqazda və Şərqi Avropada genişlənməsi siyasəti təkcə Rusiyanın deyil, həm də Türkiyənin ətrafına yönəlib. Buna görə münasibətlərin yaxşılaşmasının NATO-nun cənub-şərq qanadının Rusiyanın xeyrinə dağılmasına gətirib çıxaracağı istisna deyil. Və bu şəraitdə Ankara və Moskva Dağlıq Qarabağ münaqişəsini həll edə biləcək (özümüz əlavə edək: 1920-ci ildə olduğu kimi, Azərbaycanın tərkibində muxtariyyət).
Bu fonda Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayzanın mövqeyi daha çox ölçülmüş-biçilmiş görünür. O hesab edir ki, Ankara və Moskva diplomatik boşluğu doldura və öz müttəfiqlərini danışıqlar masası arxasına qayıtmağa razı sala bilər (Atlanticcouncil.org, 27.08.20). O, Ermənistan tərəfin Tovuzda iyul qarşıdurmasının təşəbbüskarı olması versiyasını dəstəkləyir. Səbəb kimi ABŞ-ın 25 ildir Avropalı müttəfiqlərinə Rusiyadan asılılığı azaltmaqda, bu zaman İrandan da yan keçməkdə kömək etmək məqsədilə təşviq etdiyi Azərbaycanın strateji nəqliyyat magistralları üçün təhdid yaradılması göstərilir. Brayza ABŞ-ın Əfqanıstana maddi-texniki təchizatının mühüm kanalını təşkil edən avtomobil və dəmir yolu xətləri, hava məkanı mövzusuna da toxunmaya bilməzdi. Bu məqam öz növbəsində Çinin Mərkəzi Asiya və Cənubi Qafqaz ərazisində Qərbin tranzit rabitə xətlərini əvəz etməyə çalışan “Bir zolaq, bir yol” təşəbbüsünə yaxından təsir edir.
Brayza hesab edir ki, Tehran və Yerevanın xüsusi münasibətləri Ermənistana, daha sonra isə Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü sayəsində postsovet və Avropa bazarlarına ticarət dəhlizini genişləndirməyə imkan verir. Bundan başqa, İran Ermənistan vasitəsilə Dağlıq Qarabağa yanacaq çatdırır, onun hava məkanından isə Azərbaycanla iyul qarşıdurmasından sonra Rusiyanın Ermənistana silah göndərməsi üçün istifadə olunub.
Məhz münaqişənin Qarabağdan iki ölkənin sərhəd zonasına daşması ilə əlaqədar Metyu Brayza hesab edir ki, Moskva və Ankaranın diplomatik boşluğu doldurmasının zamanı çatıb.
Görünür, Azərbaycan münaqişənin həlli üzrə öz planını hazırlamalıdır, belə ki, mövcud təkliflərin əksəriyyəti ən son bizim maraqlarımızı nəzərə alır.
Rəy yaz